Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yollarda quraşdırma işləri ilə bağlı Bakı Şəhər Halqasının məlumatı
Yollarda quraşdırma işləri ilə bağlı Bakı Şəhər Halqasının məlumatı

Paytaxt Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran Prisi 2022-ə hazırlıq işləri davam edir. Tədbir çərçivəsində, quraşdırma işləri ilə əlaqədar 16 may, gecə saat 23:00-dan etibarən Üzeyir Hacıbəyov prospekti - Puşkin küçəsi ilə Üzeyir Hacıbəyov - Azadlıq prospektinin hərəkəti istiqamətində avtomobil yolu daralacaq.

Həmçinin, qeyd olunan saatdan etibarən Neftçilər prospekti ilə Rəsul Rza küçələrinin kəsişməsindən Neftçilər prospekti ilə Əziz Əliyev küçəsinin kəsişməsinə qədər, yolun orta hissəsində kiçik qazma işləri aparılacaq. Qazma işləri on gün ərzində davam edəcək. Nəqliyyatın hərəkətində heç bir məhdudiyyət olmayacaq.

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti sürücülərə anlayışlarına görə təşəkkür edir.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »