Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Daun sindromlu uşağın internat məktəbində ölməsi barədə məlumat yayılıb
Daun sindromlu uşağın internat məktəbində ölməsi barədə məlumat yayılıb

Azərbaycan Respublikası Baş Prokurorluğu və Təhsil Nazirliyi birgə məlumat yayıb.

Baş Prokurorluqdan Bizimyol.info-ya daxil olan birgə məlumatda deyilir:

Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən 11 nömrəli İnteqrasiya təlimli internat məktəbində yaşayan, daun sindromlu 10 oktyabr 2015-ci il təvəllüdlü şagird Vəliyeva Svetlana Vüqar qızının 16 may 2022-ci il tarixdə həmin məktəbdə ölməsi faktı ilə bağlı Sabunçu rayon prokurorluğuna məlumat daxil olmuşdur. Aparılmış ilkin araşdırma ilə müəyyən edilmişdir ki, Svetlana Vəliyevanın səhhətində problem yarandığından təcili tibbi yardım çağırılmış və ona tibbi yardım göstərilməsinə baxmayaraq 16 may 2022-ci il tarixdə saat 06 radələrində vəziyyəti qəflətən ağırlaşaraq ölmüşdür. Məhkəmə-tibbi ekspertin iştirakı ilə aparılan müayinə zamanı S.Vəliyevanın bədəni üzərində hər-hansı xəsarət izi və zorakılıq əlamətləri aşkar edilməmişdir. Hazırda araşdırma davam etdirilir.

Son xəbərlər
Bütün xəbərlər »