Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
PUA-larla təlim-məşq uçuşları keçirilib - Video
PUA-larla təlim-məşq uçuşları keçirilib - Video

Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2022-ci il döyüş hazırlığı planına uyğun olaraq pilotsuz uçuş aparatları (PUA) ilə təlim-məşq uçuşları icra edilib.

Bu barədə Bizimyol.info-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Xəbərə görə, hərbi qulluqçuların əvvəlcə nəzəri və praktiki bilikləri, eləcə də simulyasiya trenajorlarında pilotsuz uçuş aparatlarının (PUA) idarə edilməsi üzrə bacarıqları yoxlanılıb.

Təlimlər çərçivəsində pilotsuz uçuş aparatlarının (PUA) heyətləri müxtəlif hündürlüklərdə ərazi kəşfi apararaq şərti düşmənin yerüstü hədəflərinin koordinatlarının təyin edilməsi və əldə edilən məlumatların idarəetmə məntəqələrinə ötürülməsi üzrə tapşırıqları yerinə yetiriblər.

Vətən müharibəsində qazanılan döyüş təcrübəsi nəzərə alınmaqla keçirilən təlimlərin əsas məqsədi heyətlərin praktiki vərdişlərinin təkmilləşdirilməsidir.

Son xəbərlər
Bütün xəbərlər »