Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına yeni yoluxma faktı qeydə alınmayıb, 5 nəfər müalicə olunaraq sağalıb.
Bizimyol.info xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında da ölən olmayıb.
Azərbaycanda indiyədək ümumilikdə 792 673 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 782 917 nəfər müalicə olunaraq sağalıb, 9 709 nəfər vəfat edib, aktiv xəstə sayı 47 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 966, bu günə qədər isə ümumilikdə 6 855 188 test icra olunub.