Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“AzerGold”un Müşahidə Şurasının tərkibi təsdiq edilib
“AzerGold”un Müşahidə Şurasının tərkibi təsdiq edilib

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 fevral tarixli 2515 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 2, maddə 180) birinci hissəsi ilə təsdiq edilmiş “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi ilə bağlı sərəncam imzalayıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat verib.

Sərəncama əsasən Müşahidə Şurasının tərkibi aşağıdakı redaksiyada verilsin:

“Müşahidə Şurasının sədri:

Mətin Eynullayev ‒ Azərbaycan İnvestisiya Holdinqinin İdarə Heyətinin sədri, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi

Müşahidə Şurasının üzvləri:

Səməd Bəşirli – Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Aparatının Sənaye şöbəsinin müdiri

Samir Qurbanov ‒ Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri

Vüqar Məcidli – Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Aparatının İqtisadi sahələrin maliyyəsi şöbəsinin müdiri

Rəşad İsmayılov – Azərbaycan İnvestisiya Holdinqinin Aktivlərin idarə olunması departamentinin Hasilat sənayesi və energetika şöbəsinin müdiri”.

Qeyd edək ki, "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 fevral tarixli 2515 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin sədri Samir Qurbanov yenidən AzerGold QSC-nin Müşahidə Şurasına üzv seçildi.

Son xəbərlər
Bütün xəbərlər »