Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-ın yeni "dəmir pərdə" strategiyası: Türkiyədən veto gələcəkmi?..
ABŞ-ın yeni "dəmir pərdə" strategiyası:  Türkiyədən veto gələcəkmi?..

İsveç və Finlandiya ABŞ-ın təzyiqi nəticəsində NATO-ya üzv olmaq üçün müraciət etməyə hazırlaşır.

Prezident Ərdoğan “İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı müsbət fikrimiz yoxdur” deyərək, bu iki ölkənin üzvlüyünə veto qoya biləcəyinə işarə edib. Ertəsi gün isə “Reuters”-ə danışan sözçüsü İbrahim Qalın bildirib ki, Türkiyə İsveç və Finlandiyaya qapılarını bağlamayıb.

Ankara üçün bu çətindir, amma Türkiyə İsveç və Finlandiyanın üzvlüyünə veto qoyursa, həmin qərar indiki mərhələdə NATO, Avropa və dünyaya üçün sadəcə faydalı olacaq.

NATO Skandinaiyaya daxil olur

İsveç və Finlandiya hazırkı “bitərəflik” statusundan həqiqətən razıdırlar. Bu statusla Soyuq Müharibə dövründə və ondan sonra normal münasibətlər qurmuşdular.

ABŞ Ukrayna böhranı vasitəsilə Rusiyanı mühasirəyə almaq və Avropa üzərində hegemonluğunu bərpa etmək məqsədlərinə uyğun olaraq bu iki ölkənin neytrallıq statusunu pozmağa çalışır. Fevralın 24-dən sonra Rusiyanın Ukraynaya müdaxiləsi başlayanda, ABŞ-dan İsveç və Finlandiyaya bu istiqamətdə təzyiqlər gəlməyə başlayanda hər iki ölkə bundan imtina etmişdi. Gəlin, xatırlayaq:

İsveçin baş naziri Maqdalena Andersson fevralın 25-də “NATO üzvlüyünü nəzərdən keçirmirik”, martın 7-də “NATO-ya üzvlüklə bağlı referendum keçirməklə bağlı tərəddüdlərim var”, martın 8-də isə “NATO-ya müraciətimiz Avropada sabitliyi daha da pozacaq” demişdi. Əslində, İsveçin müdafiə naziri Peter Hultqvist də martın 10-da “Mən vəzifədə olduğum müddətdə NATO-ya üzv olmayacağıq” deyə açıqlama vermişdi. Bütün bu söz-söhbətdən sonra Finlandiya prezidenti Sauli Niinistö martın 20-də bəyan edib ki, Finlandiyanın, eləcə də İsveçin NATO-ya üzv olması, Avropadakı təhlükəsizlik vəziyyətinə mənfi təsir göstərər.

Xülasə, reallıqda İsveç və Finlandiya NATO-da deyil, NATO bu iki ölkə vasitəsilə Skandinaviyaya girməyə, Şimal Buzlu Okeanında sahil xətlərini böyütməyə çalışır.

Əgər fikir versək, müşahidə edərik ki, İsveç və Finlandiya rəhbərliyinin NATO-ya üzvlüyünə soyuq münasibətinin səbəbi Avropanın təhlükəsizliyi ilə bağlıdır. Çünki Almaniya və Fransanın başçılıq etdiyi Aİ ABŞ-dan asılı olmayaraq regional və dünya siyasətini inkişaf etdirmək istəyir. Onlar buna “strateji muxtariyyət” deyirlər. Berlin və Paris rəhbərliyi isə bildirir ki, Avropanın sülhü və təhlükəsizliyi Rusiyasız ola bilməz. Yəni Almaniya və Fransa Avropanı Rusiyasız təsəvvür edə bilmirlər.

ABŞ isə Avropadakı üstünlüyünü saxlamaq üçün Avropa təhlükəsizlik arxitekturasının qurulmasında həlledici olmaq istəyir. İndi bu məqsədlə İngiltərənin rəhbərliyi ilə Polşa-Ukrayna cəbhəsində “ikinci Avropa” qururlar: “Kiçik Avropa İttifaqı” adlandırdıqları üçlü ittifaqı Baltik, Şərqi Avropa və Qara dənizlə genişləndirmək istəyirlər. Onlar bura Skandinaviya ölkələrini də daxil etmək istəyirlər. Beləliklə, ABŞ “ikinci Avropa” vasitəsilə Almaniyavə Fransanı yenidən öz strategiyasına qaytarmağı hesablayır.

Xülasə, ABŞ Rusiya ilə Avropa arasında “yeni dəmir pərdə”ni endirməyə çalışır. Beləki İsveç və Finlandiyanın NATO üzvlüyü ilə Şimal Buzlu Okeanından başlayaraq, daha sonra Baltikyanı ölkələri də daxil edib, Qərbdən keçməklə Şərqi Avropaya enir. Bu, Qara dəniz, Egey və Yunanıstandan Şərqi Aralıq dənizinə qədər bir xətdir.

Göründüyü kimi, bu hədəf Avropanın təhlükəsizliyinə mənfi təsir göstərəcək və qitədə sabitliyi pozacaq. Buna görə də İsveç və Finlandiyanın NATO-ya daxil olmasının qarşısını almaq Avropada sülh üçün çox vacibdir.

İki ölkənin NATO-ya müraciət edəcəyi dəqiqdir, lakin üzv olmaq hələlik asan məsələ deyil. Ona görə ki, Xorvatiya və Macarıstan kimi "yeni Dəmir Pərdə" üzərində olan ölkələrin də bu prosesə veto qoymaq imkanı var. Çünki Xorvatiya prezidenti Zoran Milanoviç mayın 3-də bildirmişdi ki, Xorvatiya, İsveç və Finlandiyanın NATO üzvlüyünə veto qoyacaq. Türkiyədən sonra Xorvatiya və Macarıstanın da “veto” hüququndan istifadə etməsi, Finlandiya və İsveçin işini daha da çətinləşdirəcək, yaxud da ABŞ-ın…

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »