Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kremlin "Çernobayevka macərası" və ya eyni yerdə 20 dəfə məğlub olmağın resepti
Kremlin "Çernobayevka macərası" və ya eyni yerdə 20 dəfə məğlub olmağın resepti

“Ukrayna Silahlı Qüvvələri Çernobaevkada düşməni məğlub edir. Artıq düşmən qüvvələrinə 20-ci dəfədir zərbə vurulur”.

Bizimyol.info Ukrayna mətbuatına istinadla xəbər verir ki, bu barədə Prezident Aparatı rəhbərinin müşaviri Aleksey Arestoviç Çernobaevkada Rus işğalçılarının növbəti məğlubiyyətini açıqlayıb.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məğlubiyyətlə bağlı məlumatı təsdiqləyib.

Aleksey Arestoviç Aleksey Arestoviç

Eyni zamanda Yujnobujskom istiqamətində Rusiya ordusunun vəziyətindən danışılıb. Bildirilib ki, Rus işğalçıları orada çox fəal deyillər. Buna baxmayaraq, həmin ərazilərdə Ukrayna mövqeləri mütəmadi olaraq atəşə tutulur.

Xerson vilayətinin kəndlərində Rusiya ordusunun ardıcıl məğlubiyyətləri xalq arasında artıq əfsanəyə çevrilib. Ukraynalılar belə zərbələri, məğlubiyyətləri zarafarla “serial” adlandırırlar. Ancaq bütün bunlara baxmayaraq, bu Rusiya tərəfinə dərs olmur. Rusiya ordusu artıq 20-ci dəfədir ki, bu kənddə möhkəmlənmək istəyir və hər dəfə ağır itkilər verir. O üzdən də bu kənddə baş verənlərlə bağlı artıq lətifələr qoşulmağa başlayıb.

Rusiya qoşunları Çernobayevkadan başqa, Ukrayna Silahlı Qüvvələri tərəfindən bir neçə ərazidə məğlubiyyətə uğradılıb. Ukraynlar öz aralarında Luqansk vilayətinin Beloqorovka kəndini "İkinci Çernobayevka" adlandırır. Bu ərazidə işğalçılar Severski Donets çayı üzərindən keçid tikməyə çalışırlar. Xatırladaq ki, bu cəhd uğurlu deyil. Həmin yerdə Rusiya xeyli canlı qüvvə və texnika itkisi verir. İddialara görə, bu ərazidə Rusiya müharibənin əvvəlindən bu günə qədər böyük itkilərə məruz qalıb. Oradakı Ukrayna müdafiəçiləri Rusiyanın qayıqlarını da batırıblar.

Ruslarla müharibədə mübarizə aparacan və məğlub olmayan ərazilərdən biri də Serpents adasıdır. Bura ukraynalılar tərəfindən “dəniz Çernobayevkası” adlandırılır. Adada döyüşlər zamanı ukraynalı əsgərlər Rusiyanın Qara dəniz donanmasına zərbələr endirirlər.

Ada strateji əhəmiyyət kəsb etdiyinə görə, Ukrayna onun uğrunda sona qədər mübarizə aparacaq və məğlub olmayacaq. Artıq adada Rusiya katerləri batırılıb, düşmənin komanda məntəqəsi və radar məntəqəsi məhv edilib.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »