Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya cəmiyyətini diksindirən hadisə: "Ordu komandanlığının axmaqlığı ucbatından..."
Rusiya cəmiyyətini diksindirən hadisə: "Ordu komandanlığının axmaqlığı ucbatından..."

Beloqorovka yaxınlığında Severski Donetsini keçməyə çalışan Rus batalyonunun məhv edilməsi müharibə başlayandan bu günə qədər Moskva kreyserinin batması ilə yanaşı, Rusiyanın ən böyük itkilərindən biri olub.

Bizimyol.info Ukrayna mətbuatına istinadla xəbər verir ki, bu barədə “The New York Times” nəşrində məlumat verilib. Nəşr Vaşinqtonda yerləşən Müharibə Araşdırmaları İnstitutunun (ISW) hesablamalarına istinadən verdiyi məlumata görə, çayı keçmək üçün yerləşdirilən 74-cü motoatıcı briqadanın 550 əsgərindən 485-ə qədəri ölüb və ya yaralanıb.

80-dən çox texnika sıradan çıxarılıb. Nəşrdə qeyd eidlir ki, yüzlərlə əsgərin öldüyü və yaralandığı barədə təxminlər təsdiqlənərsə, bu, bu müharibənin ən qanlı döyüşlərindən biri hesab ediləcək.

Ukrayna hakimiyyətinin hesablamalarına görə, Rusiya Federasiyasının Qara dəniz donanmasında batan “Moskva” raket kreyserinin göyərtəsində olan 510 nəfərdən yalnız 58-i xilas edilib. Beloqorovka yaxınlığındakı fəlakətin miqyasını rusiyalı hərbi blogerlərin çoxsaylı tənqidi yazıları da təsdiq edir.

Kremlin ən məşhur YouTube təbliğatçılarından biri Yuri Podolyaka Rusiya Federasiyasının hərbi rəhbərliyini Beloqorovka yaxınlığında rus qoşunlarının məğlubiyyəti ilə bağlı cinayətdə birbaşa ittiham edib.

"Rusiya ordu komandanlığının axmaqlığı ucbatından ən azı bir batalyon taktiki qrup yandırılıb. Mən ən azı bir deyirəm, iki də ola bilər” deyə o bir neçə gün əvvəl xəbər paylaşıb. Rusiyada daha bir məşhur blogger, Older Edda bu məğlubiyyəti yalnız axmaqlıq, dağıdıcılıq və təxribatla izah edə biləcəyini deyib.

Xarici media bu hadisənin önəmini həm də onda görür ki, çayın üzərində baş verənlərdən sonra Rusiya cəmiyyəti sanki diksinib. İndi Rusiyada təbliğat yuxusuna verilən əhali qrupları "orada nə baş verir?" deyə soruşmağa başlayıblar.

Qeyd edək ki, çayın üzərində yaşananlar Rusiya ordu rəhbərliyinin ilk səriştəsizliyi deyil. Çernobayevka kəndi ətrafında Rusiya ordusu təxminən 20 dəfə zərbə alıb. Amma hər dəfə eyni səhvləri buraxmağa davam edirlər.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »