Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
UEFA-dan “Milan”a ağır cəza
UEFA maliyyə feyr-pleyi qaydalarını pozduğu üçün “Milan”ı ağır cəzalandırıb.

“Qafqazinfo” xəbər verir ki, “Milan” 20 milyon avro cərimə edilib. Klub bu cərimənin 5 milyon avrosunu dərhal ödəməlidi. 15 milyon avro isə şərti olaraq nəzərdə tutulub.

Əgər “Milan” müəyyən edilmiş müddətdə maliyyə feyr-pleyində işləri qaydasına sala bilməsə, 15 milyon avronu da ödəməli olacaq.

Qeyd edək ki, “Milan” bir müddət əvvəl UEFA-ya maliyyə feyr-pleyi ilə bağlı plan təqdim etsə də, qəbul olunmamışdı.

Son xəbərlər
Bütün xəbərlər »