Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Belarus Ukrayna ilə sərhədə ordu toplayır: Məqsəd nədir...
Belarus Ukrayna ilə sərhədə ordu toplayır: Məqsəd nədir...

“Mayın əvvəlində keçirilən hərbi təlimlərdən sonra Belarus Ukrayna ilə sərhəddə xüsusi əməliyyat qüvvələrinin, eləcə də ölkənin qərbindəki təlim poliqonlarına hava hücumundan müdafiə bölmələri, artilleriya və raket qoşunlarının yerləşdirildiyini elan edib.

Belarus qoşunlarının sərhəd yaxınlığında olması Ukrayna Silahlı Qüvvələrini Donbassdakı əməliyyatlara dəstək verməkdən çəkindirə bilər”.

Bizimyol.info Ukrayna mətbuatına istinadla xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi məlumat yayıb.

"İlkin fərziyyələrə baxmayaraq, bu günə qədər Belarus qoşunları münaqişədə birbaşa iştirak etməyib. Lakin Belarus ərazisindən Rusiyanın Kiyev və Çerniqova qarşı ilkin hücumu üçün tramplin kimi istifadə edilib",- deyə məlumatda bildirilib.

Həmçinin qeyd edilib ki, Rusiya Belarus ərazisindən aviasiya və raket zərbələri endirib. Nazirliyin məlumatında bildirilir ki, Belarus prezidenti Lukaşenko Rusiyanın işğalına dəstək və birbaşa hərbi müdaxilədən qaçmaqla Qərbin sanksiyalarını, Ukraynanın cavab tədbirlərini və Belarus silahlı qüvvələrində mümkün narazılıq riskini balanslaşdırmağa çalışır.

Xatırladaq ki, mayın əvvəlində Belarus Silahlı Qüvvələrini reaksiya qüvvələrinin qəfil yoxlanılması, xüsusən də bölmələrin müəyyən ərazilərə köçürülməsi ilə bağlı məlumat vermişdi. Həmçinin bildirilmişdi ki, Silahlı Qüvvələrin reaksiya qüvvələrinin bu cür sınaqdan keçirilməsinin nə qonşu dövlətlər, nə də bütövlükdə Avropa ictimaiyyəti üçün təhlükə yaratmayacaq. Daha əvvəl isə, Belarus Ukrayna Silahlı Qüvvələrinin ehtimal olunan təhdidinə görə Minskin Ukrayna ilə sərhədə qoşun yeridəcəyi qeyd edilirdi.

Bir müddət əvvəl isə, Ukrayna kəşfiyyatı Belarusun Rusiya hərbçiləri ilə bağlı məlumatları gizlətmək üçün interneti qismən blokladığını bildirib. Qeydedək ki, aprel ayında Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Rusiya Federasiyasının Belarusa hərbi müdaxilə planlaşdırdığını göstərən sənədlər əldə edib.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »