Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya müharibədəki hədəflərini niyə dəyişib? - Sonun başlanğıcı
Rusiya müharibədəki hədəflərini niyə dəyişib? - Sonun başlanğıcı

“Severski Donetsini keçməyə cəhd edən rus qoşunları müharibə başlayandan bu günə qədər ən böyük itkisini verib. Belə görünür ki, rusların Ukrayna bölmələrinin Donetskdən İzyuma qədər geniş miqyaslı mühasirəyə almasına daha ehtiyacı yoxdur”.

Bizimyol.info Ukrayna Müdafiə Nazirliyinin məlumatına istinadla xəbər verir ki, Ukrayna hərbçiləri Rusiya qoşunlarını Xarkov vilayətində Rusiya ilə dövlət sərhədinə qədər sıxışdırıb çıxarıblar. “Bu gün, mayın 15-i Ukraynanın ərazi müdafiəsinin 127-ci briqadasının 227-ci batalyonu işğalçı ölkə olan Rusiya Federasiyası ilə ayrıca zolaqda xəttə çatıb. Biz çatdıq, cənab prezident, biz buradayıq”,- deyə döyüşçülərdən biri Vladimir Zelenskiyə məlumat verib.

40 milyard üçün səsvermə

Senatın Respublikaçı lideri Mitch McConnell mayın 18-i Ukraynaya 40 milyard dollar ayıracaq qanun layihəsini gözlədiyini bildirib. Bundan öncə isə, mayın 16-da prosessual səsvermə keçiriləcək. “Biz tıxanma (cloture) tətbiq etməyi gözləyirik (müəyyən bir məsələ ilə bağlı debatı 30 saata qədər qısaltmağa imkan verən prosedur). Ümid edirəm ki, nəzərəçarpacaq üstünlük bizə yardımı təsdiqləməyə kömək edəcək " deyə McConnell bildirib.

Beloqorovka yaxınlığındakı məğlubiyyətin nəticələri

Qeyd edək ki, Luqansk vilayətində Severski Donets çayını keçməyə cəhd edən işğalçıların itkiləri müharibə başlayandan bəri ən böyük itkilər sırasındadır. Ekspertlərin fikrincə, orada 400-dən çox Rusiya əsgəri həlak olub və ya yaralanıb. Bu barədə “The New York Times” yazır. Belə ki, mayın 11-də Rusiya komandanlığı 41-ci birləşmiş ordunun 74-cü motoatıcı briqadasının 550-yə yaxın hərbçisi Luqansk vilayətinin Beloqorovka ərazisindəki Severski Donetsini keçməyə çalışıb. Bu yolla onlar Rubijne yaxınlığında Ukrayna qüvvələrini mühasirəyə almaq istəyirdilər.

Peyk görüntülərinə görə, Ukrayna artilleriyası Rusiyaya məxsus bir neçə ponton körpünü dağıdıb. Çay ətrafında işğalçıların və texnikanın sıx cəmləşdiyi yerləri məhv edib. Nəşr qeyd edir ki, bu cür itkilər Kremlin ciddi nəzarətində olan informasiya məkanına rəğmən, Rusiyada çöküş hissi yaradıb.

Rusiya yönümlü bloqerlər bu hadisədən çoka düşüblər. Onlar Rusiyabıb hərbi rəhbərliyini səriştəsizlikdə ittiham ediblər. Qərb mediası bu hadisədən sonra Rusiyanın sosial şəbəkə seqmentində açılan müzakirələri real vəziyyətin Rusiya xalqına çatması kimi izah ediblər. Hadisə Rusiya cəmiyyətini sanki diksindirib...

Rusiya müharibədəki prioritetlərini dəyişib…

Amerika Müharibə Tədqiqat İnstitutunun məlumatına görə, isə Rusiya qüvvələri Ukrayna bölmələrinin Donetskdən İzyuma qədər geniş miqyaslı kordon planlarından əl çəkiblər və indi ancaq Luqansk bölgəsinin ələ keçirilməsini başa çatdırmaq istəyirlər. İnstitut həmçinin bildirir ki, Rusiya hərbi komandanlığı böyük ehtimalla gələcəkdə Severodonetsk uğrunda döyüşməyə çalışacaq. Çünki artıq Donbasın şərqində Ukrayna quru xətlərini pozmağa çalışırlar.

Rusiya Federasiyasının enerji resurslarına embarqonu polyakların dəstəkləməsi…

“SW Research”-in sorğusuna əsasən, Rusiyadan enerji resurslarına - neft, qaz və kömürə tam embarqonun tətbiqini Polşa vətəndaşlarının 73 fazi dəstəkləyir. Sanksiyaları qadınlardan (71) daha çox kişilər (75) dəstəkləyir. Məhdudiyyətlərin tətbiqini əhalisi 200 min nəfər və ya daha çox olan şəhərlərdən olan 5 respondentdən 4-ü dəstəkləyir. Bu ideyanı ən az 25-34 yaşlı sakinlər dəstəkləyir (64).

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »