Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya taktikanı dəyişir: Böyük işğaldan imtina edir
Rusiya taktikanı dəyişir: Böyük işğaldan imtina edir

Rusiya qüvvələri, çox güman ki, Luqansk vilayətinin ələ keçirilməsini tezləşdirmək üçün Ukrayna bölmələrinin Donetskdən İzyuma qədər geniş miqyaslı mühasirəsi uğrunda mübarizədən imtina edib.

Bizimyol.info xəbər verir ki, bu barədə Amerika Müharibənin Tədqiqi İnstitutunun mayın 15-nə olan son hesabatında deyilir.

“Rusiya hərbi komandanlığı çox güman ki, gələcəkdə Severodonetsk uğrunda döyüşə üstünlük verəcək. Bəzi cəhdlər Donetsk vilayətinin şərq hissəsində Ukraynanın quru xətlərini pozmağa yönəlib”, - deyə analitiklər bildiriblər.

Rusiya qüvvələri Severodonetski şimaldan və cənubdan ələ keçirmək üçün koordinasiyalı səylərini davam etdirir, nəticədə Ukrayna qüvvələrinin mühasirəsi ilkin olaraq düşünüldüyündən daha az ərazidə həyata keçirilir.

“Rusiyanın Kremennaya yaxınlığındakı Severski Donetsini keçmək cəhdləri Rusiyanın mühasirə əməliyyatlarını daha da şərqə doğru apara bilər və Rubijne vasitəsilə Severodonetskə yaxınlaşaraq bir neçə istiqamətdə daha geniş mühasirə yaratmaq cəhdi edə bilər”, - deyə ekspertlər bildirib.

Rusiya qüvvələrinin İzyumdan Slavyanska doğru irəliləyişi, ola bilsin ki, oradakı hücumun şiddətini azaltmaq üçün nəzərdə tutulub.

Ukrayna Silahlı Qüvvələrinin Rusiya sərhəddinə keçməsinin qarşısını almaq üçün artıq Xarkovdan şimalda müdafiəyəyə keçsələr də, Rusiya Şərqi Əməliyyat Bölgəsində hücumlarını davam etdirirlər. Onlar həmçinin Avdeyevski istiqamətində düşmən ağır itkilər verərək köhnə mövqelərə çəkilib.

Eyni zamanda, işğalçılar İzyumun altından öz qüvvələrinin qalıqları ilə yenidən hücuma keçmək niyyətindədirlər. Hazırda Rusiya ordusu bölgədə tərk edilməli olan yaşayış məntəqələrini bütün növ silahlardan atəşə tutur.

Düşmənin əsas qüvvəsinin Donetsk istiqamətində cəmləşdiyi hərbçilər tərəfindən müəyyənləşdirilib.

Qeyd edək ki, dünən - mayın 15-də ukraynalı müdafiəçilər Donbassda düşmənin 17 hücumunu dəf etdiblər; üç tank, bir artilleriya sistemi, altı zirehli texnika və düşmənin bir maşını məhv edilib. Rusiya işğalçılarının şəxsi heyətinin itkiləri dəqiqləşdirilir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »