Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Almaniya ilin sonuna Rusiyaya qarşı ciddi zərbə hazırlayır
Almaniya ilin sonuna Rusiyaya qarşı ciddi zərbə hazırlayır

Avropa İttifaqı Rusiya neftinin idxalına ümumxalq embarqosu ilə bağlı razılığa gələ bilməsə belə, Almaniya ilin sonuna qədər Rusiyadan neft tədarükünü dayandırmağı planlaşdırır.

Bizimyol.info xəbər verir ki, bu barədə bazar ertəsi "Bloomberg" Almaniya hökumətindəki mənbələrə istinadən məlumat yayıb.

Almaniya böyük neft idxalçısıdır və onun itirilməsi Rusiya üçün ağır iqtisadi zərbə olacaq. Mənbənin sözlərinə görə, Almaniya hakimiyyəti alternativ təchizatçılarla sövdələşmələr bağlamaq üçün səy göstərir. Eyni zamanda, hökumət əmindir ki, qarşıdakı 6-7 ay ərzində qalan logistik problemləri həll edə biləcək. Həmçinin mənbələrin məlumatına görə, Almaniyanın kansleri Olaf Şolzun rəhbərlik etdiyi Nazirlər Kabineti Aİ-nin Ukraynada "xüsusi hərbi əməliyyat" adı altında aparılan müharibəyə cavab olaraq Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar çərçivəsində öz milli planını təbliğ etmək niyyətindədir. Bununla belə, federal hökumət neft çatışmazlığını hansı ölkələrin kompensasiya edəcəyini dəqiqləşdirməyib.

Sonda qeyd edilir ki, Şolzun Hollandiyanın baş naziri Mark Rutte ilə danışıqlarında, həmçinin cümə axşamı günü Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə Berlində görüşü zamanı əsas mövzuların neft sanksiyaları və enerji təhlükəsizliyi olacağı gözlənilir.

Aİ ölkələrinin daimi nümayəndələri artıq doqquz gündür ki, Rusiyaya qarşı təxirə salınmış neft embarqosu layihəsini ehtiva edən altıncı sanksiyalar paketi ilə bağlı razılığa gələ bilmirlər: Avropa Komissiyası Rusiya Federasiyasına qarşı altıncı paketin qüvvəyə minməsindən altı ay sonra, neft məhsullarının idxalı üzrə 2023-cü ildən xam neftin idxalına qadağa qoymağı təklif edilib. Eyni zamanda, Macarıstan və Slovakiyaya 2024-cü ilin sonuna qədər Rusiya neftini almağa icazə verməyi təklif edib.

Mənbənin bildirdiyinə görə, Avropa Komissiyası artıq neft embarqosunun tətbiqi vaxtı, parametrlər və mümkün istisnalarla bağlı bir sıra təkliflərini yumşaltmalı olub. Macarıstan neft embarqosuna qarşı çıxır və bu tədbirin vuracağı ziyanın Avropa üçün fəlakətli olacağına inanan bir sıra digər ölkələrin dəstəyi ilə çıxış edir.

Aİ ölkələrinin daimi nümayəndələri arasında danışıqların nəticəsiz qalması səbəbindən Rusiyaya qarşı altıncı sanksiyalar paketi və neft embarqosu Aİ xarici işlər nazirləri tərəfindən mayın 16-da Brüsseldə planlaşdırılan görüşdə müzakirə olunacaq.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »