Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Almaniya XİN rəhbəri: “İsveç və Finlandiya artıq NATO-nun faktiki üzvləridir”
Almaniya XİN rəhbəri: “İsveç və Finlandiya artıq NATO-nun faktiki üzvləridir”

Almaniyanın Avropa İttifaqındakı (Aİ) müttəfiqləri kimi İsveç və Finlandiya əslində alyansın formal üzvü olmadan artıq NATO-nun bir hissəsidir.

“Report” xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok deyib.

O, bildirib ki, əgər təşkilata üzv olmaq üçün müraciət edilsə, Almaniya müvafiq sənədləri dərhal ratifikasiya edəcək.

"Onların qoşulması bizim ittifaqımızı gücləndirəcək. Dünən (Finlandiya və İsveçin xarici işlər nazirləri) Pekka Havisto və Ann Linde ilə birlikdə dedik ki, bu, İsveç və Finlandiya üçün çox emosional məqamdır. İlk dəfə olaraq bütün Skandinaviya ölkələri bir təhlükəsizlik çətiri altındadır”, - Berbok Berlində NATO Xarici İşlər Nazirlərinin qeyri-rəsmi görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »