Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bloomberg: "Avropa Rusiya qazını almaq haqqında plan hazırlayıb"
Bloomberg: "Avropa Rusiya qazını almaq haqqında plan hazırlayıb"

Avropa Birliyi sanksiyaları pozmadan Rusiya qazının alınması haqqında plan hazırlayıb.

APA xəbər verir ki, bu barədə “Bloomberg“ agentliyi məlumat yayıb.

Bildirilir ki, bu plan Rusiyanın yanacağın pulunu rublla ödəmək tələbi yerinə yetirilmədən baş tutacaq.

Cümə günü keçirilən qapalı iclasda Avropa Komissiyası (AK) Avropa İttifaqına üzv dövlətləri məlumatlandırıb ki, yeni təlimat şirkətlərin Qazprombankda hesab aça biləcəyini, eyni zamanda ödənişlərin dollar və ya avro ilə olacağını ehtimal edir.

Bu şərtlər yerinə yetirilərsə, tənzimləyici şirkətlərin hərəkətləri sanksiyaların pozulması kimi qiymətləndirməyəcək.

İclasda bu məsələ ilə bağlı bir sıra fikir ayrılıqları yaranıb.

Almaniya, Macarıstan, Fransa və İtaliya təklif olunan planı dəstəkləsə də Polşanın yeni qərar ətrafında xeyli sulları yaranıb.

Polşa tərəfi Aİ səfirləri səviyyəsində görüşün keçirilməsini təklif edib.

Bəzi ölkələr şirkətlər bu planda Qazprombankda rubl hesabının açılmaması haqqında təlimatın olmamasından da narazı qalıb.

Agentliyin fikrincə, bu aspekt əsas cəhətlərdən biridir. Çünki rubl hesabının yaradılması əvvəllər sanksiyaların pozulması kimi qiymətləndirilib, baxmayaraq ki, bu, rəsmi şəkildə qeydə alınmayıb.

Bu həftənin əvvəlində "Bloomberg" xəbər verib ki, 20-yə yaxın Avropa şirkəti Rusiya qazının tədarükünü ödəmək üçün artıq Qazprombankda hesab açıb, daha 14-ü isə belə hesabların açılması üçün tələb olunan sənədlərin siyahısını hazırlayıb.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »