Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Stoltenberq: “Ukrayna Rusiya ilə müharibədə qalib gəlməyə qadirdir”
Stoltenberq: “Ukrayna Rusiya ilə müharibədə qalib gəlməyə qadirdir”

Ukrayna Rusiya ilə müharibədə qalib gəlməyə qadirdir.

APA xəbər verir ki, bu sözləri NATO-nun Baş katibi Yens Stoltenberq Berlində Alyansa üzv ölkələrin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü zamanı deyib.

Stoltenberq koronovirusa yoluxduğundan bu görüşdə məsafədən iştirak edib.

NATO-nun baş katibi bildirib ki, Rusiyanın Kiyevi tuta bilməməsi, Xarkovdan geri çəkilməsi və Donbassdakı böyük hücumunun qarşısının alınması Ukraynanın bu müharibədə qalib olacağına işarədir.

“Ukrayna bu müharibədə qalib gələ bilər. Ukraynalılar öz vətənlərini cəsarətlə müdafiə edirlər”, - deyə NATO-nun Baş katibi bildirib.

Xatırladaq ki, mayın 10-da Almaniyanın xarici işlər naziri Annalena Berbok bəyan edib ki, ölkəsi və Niderland Ukraynaya 12 mobil haubitsa verəcək və onlara bu tip silahlarla işləmək üçün təlim keçəcək.

Həmçinin ABŞ-ın göndərdiyi 90 haubitsadan (artilleriya) 89-u artıq Ukraynadadır, onların bir çoxu artıq müharibədə istifadə edilir.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »