Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Stoltenberq: "NATO Ukraynaya hərbi yardımı artırmağa davam etməlidir"
Stoltenberq: "NATO Ukraynaya hərbi yardımı artırmağa davam etməlidir"

NATO ölkələri Ukraynaya hərbi yardımı artırmağa davam etməlidir.

“Report” xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Berlində alyans xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündən sonra keçirilən mətbuat konfransında videobağlantı vasitəsilə bildirib.

O, koronavirusa yoluxduğu üçün şəxsən iştirak edə bilməyib.

"NATO ölkələri Ukraynaya milyardlarla dollarlıq hərbi yardım edib və on minlərlə ukraynalı əsgərə təlim keçib. Biz Ukraynaya hərbi yardımımızı Ramşteyn Hərbi Hava Bazasında fəaliyyət göstərən Dəstək Qrupu vasitəsilə artırmağa davam etməliyik", - Stoltenberq vurğulayıb.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »