Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Diri-diri basdırılan biznesmenlə bağlı yeni xəbər: "Lotu Quli"nin sifarişi - ŞOK TƏFƏRRÜAT
Moskvada qəbiristanlıqda diri-diri basdırılan azərbaycanlı iş adamı Hikmət Salayevlə bağlı yeni xəbər var. Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, Salayevi oğurlayıb basdıranlardan 3 nəfəri həbs edilib. Rusiya DİN-in sözçüsü İrina Volkun bildirdiyinə görə, onlardan ikisi Moskvada, bir nəfəri isə Dağıstanda Azərbaycanla sərhəddə saxlanılıb.

İrina Volkun dediyinə görə, ilkin dindirmə zamanı məlum olub ki, Salayev "Lotu Quli"nin sifarişi ilə oğurlanıbmış. Saxlanılanlar ilkin dindirmə zamanı sifarişin məhz "Quli"dən aldıqların etiraf ediblər.

Xatırladaq ki, hadisə bu il iyunun 6-da baş verib. Moskvanın Lyubertsk rayonunda azərbaycanlı iş adamı Hikmət Salayev diri-diri basdırılıb. Məlumatına görə, Salayevin ortaqlarına 30 milyon rubl (təxminən 530 min dollar) borcu varmış. Aylardır vəd etsə də, borcunu qaytarmayan Hikməti şərikləri Lyubertsk rayon qəbiristanlığına görüşə çağırıblar. Borcu ala bilməyəcəklərini görən şəriklər onu diri-diri, özü də mobil telefonu ilə birgə qəbiristanlıqda basdırıblar. Amma Salayev qardaşı İsmayıla zəng etməyə imkan tapıb. İsmayıl onlara 1 milyon 200 min rubl və özünün BMW-535 markalı avtomobilini verib. Bundan sonra borc yiyələri onun yerini qardaşına göstəriblər. Hikmət son anda qəbirdən çıxarılıb və xəstəxanaya yerləşdirilib.

Paylaş »
››› Azərbaycanda növbəti uğursuz milli çaxnaşma cəhdi: "Bizim başqa Vətənimiz yoxdur!"
››› “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi ağzına su almasın” - İlahiyyatçı
››› Artıq mini sualtı gəmilərimiz də var
››› Sovet dövründən qalma baha sata biləcəyiniz 12 əşya
››› İstanbul səmasında qəribə görüntü: Tesla, yoxsa Voldemort - Video
››› “Azərbaycan öz müdafiəsini Ermənistandan daha güclü rəqiblərə qarşı qurur”
››› Rusiyada universitetdə silahlı basqın olub, ölən və yaralılar var - Video
Son xəbərlər
Bütün xəbərlər »