Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Putin anlamalıdır ki, sanksiyaların ləğvi üçün Ukrayna ilə razılaşmalıdır" - Şolz
"Putin anlamalıdır ki, sanksiyaların ləğvi üçün Ukrayna ilə razılaşmalıdır" - Şolz

“Almaniya Rusiyadan qoşunlarını Ukrayna ərazisindən çıxarmağı tələb edir. Rusiya prezidenti Vladimir Putinin Rusiyanı dalana dirəndiyi çıxılmaz vəziyyətdən yeganə çıxış yolu qalıb. Rusiya Ukrayna ilə danışıqlara getməlidir”.

Bizimyol.info Ukrayna mediasına istinadla xəbər verir ki, bu barədə Almaniyanın Federal Kansleri Olaf Şolz deyib. O, həmçinin xatırladıb ki, Putin fevralın sonunda elan etdiyi “xüsusi əməliyyatın məqsədlərinin” heç birinə nail olmayıb. Bu müddət ərzində Rusiya Federasiyasının itkiləri çox böyük olub.

Şolzun sözlərinə görə, işğalın başlanmasından iki ay keçməsinə baxmayaraq, Rusiya Federasiyası işğalın əvvəlində elan edilmiş məqsədlərin heç birinə nail ola bilməyib. Əksinə, bu müddət ərzində Rusiya Əfqanıstanda 10 illik müharibədən daha çox əsgər itirib. Və Putinin “Rusiya sərhədlərindən uzaqlaşdırmaq” istədiyi NATO ona daha da yaxınlaşıb.

Olaf Şolz Olaf Şolz

"Rusiya Ukraynanı işğal edə bilmədi. Ukrayna özünü böyük məharətlə, cəsarətlə və fədakarlıqla müdafiə edir. NATO getməyib, faktiki olaraq qüvvələrini artırıb. Finlandiya və İsveç NATO-ya daxil olanda ittifaq daha da güclənəcək. Rusiya ordusunun özü Sovet İttifaqının Əfqanıstan kampaniyasının on illində olduğundan daha çox itkilər verib",- deyə Solz bildirib. O artıq Ukraynanı Rusiyanın hərbi yolla məğlub edə bilməyəcəyinə əmin olduğunu deyib.

"Putin başa düşməlidir ki, bu vəziyyətdən yeganə çıxış yolu Ukrayna ilə razılığa gəlməkdir. Rusiya başa düşməlidir ki, nə vaxtsa sanksiyaların ləğvi üçün yeganə inandırıcı imkan Ukrayna ilə razılaşmaqdır”,- deyə Almaniya Federal Kansleri əlavə edib. Şolz bildirib ki, o, Rusiyadan qoşunlarını Ukrayna ərazisindən çıxarmasını tələb edib. "Mən Putindən qoşunlarını geri çəkməsini tələb edirəm. Əks halda, aydın prinsip tətbiq olunacaq. Ukrayna bu məsələləri özü həll edir. Biz bu və ya digər şəkildə onların adından danışıqlar apara bilmərik",- Şolz bildirib.

Qeyd edək ki, Almaniya Rusiyaya qarşı sanksiya təzyiqlərini artırmaq niyyətindədir. Qərb də Ukraynaya hərbi yardımı və müasir silahların tədarükünü davam etdirəcək.

"Bəli, biz sanksiyalara davam edəcəyik. Çünki bizim məqsədimiz Rusiyanın işğal cəhdinin uğursuzluqla nəticələnməsidir. Rusiya özünü dramatik vəziyyətə salıb. Biz sadəcə, iqtisadi təcridin nəyə gətirib çıxardığını görürük. Rusiya prezidenti başa düşməlidir ki, onun ölkəsinin dünyadan yararlanmaq imkanları sülh olana qədər əngəllənəcək”,- deyə Şolz vurğulayıb.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »