Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Putin şərt irəli sürə bilməz, çünki üstün mövqedə deyil” – Almaniya kansleri
“Putin şərt irəli sürə bilməz, çünki üstün mövqedə deyil” – Almaniya kansleri

Rusiya prezidenti Vladimir Putinin kompetensiyası getdikcə daha çox suallar doğurmağa başlayıb. Problem ondadır ki, faktiki olaraq döyüş meydanında uduzmasına baxmayaraq, öz tələblərindən geri çəkilmək istəmir. Yəni şərt diqtə etmək üçün hərbi-iqtisadi gücü olmasa da, necə deyərlər, höcətliyindən əl çəkmir.

Bizimyol.info xəbər verir ki, bu dəfə Almaniya kansleri Olaf Şolz buna əmin olub. O, mayın 13-də telefon danışığı zamanı Putinin Ukrayna münaqişəsi ilə bağlı mövqeyində dəyişiklik hiss etməyib. Almaniya lideri bu barədə “T-online” xəbər portalına müsahibəsində bildirib.

Olaf Şolz Olaf Şolz

Şolzun ​​sözlərinə görə, Rusiya Ukraynada hərbi əməliyyatın əvvəlində elan etdiyi məqsədlərin heç birinə nail olmayıb. Ukrayna ərazisi fəth edilməyib, Rusiya silahlı qüvvələri əhəmiyyətli itki verib, NATO nəinki geri çəkilməyib, hətta şərq cinahda qüvvələrini artırıb. Bütün bunları nəzərə alan kansler Rusiya liderinin hərəkətlərinin rasionallığını şübhə altına alıb.

O, həmçinin Ukraynadakı münaqişənin səbəb olduğu qlobal ərzaq böhranı təhlükəsini xatırladıb . “Bir çox ölkələr bundan əziyyət çəkir, çünki Ukrayna əsas taxıl təchizatçılarından biridir. Bu, bizim kimi supermarket rəflərində kifayət qədər günəbaxan yağının olub-olmaması kimi bir məsələ deyil, söhbət əsl aclıqdan gedir”,- deyə Şolz bildirib.

Almaniya kansleri vurğulayıb ki, Rusiya sülh sazişinin şərtlərini diktə edə bilməz, çünki müharibədə üstün mövqeyə sahib deyil. "Tədricən Putinə aydın olmalıdır ki, bu vəziyyətdən yeganə çıxış yolu Ukrayna ilə qarşılıqlı anlaşmadır",- Almaniya lideri bildirib.

Şolz Kiyevin tələb etdiyi kimi, Rusiyanın Krımı Ukraynaya qaytarmalı olub-omadığı barədə suala cavab verərkən deyib ki, “mən Putindən qoşunlarını yenidən geri çəkməsini tələb edirəm”.

Kansler tətbiq olunan sanksiyalardan əlavə, Ukraynaya hərbi yardım göstərməyə davam edəcəyinə söz verib. Onun sözlərinə görə, Rusiya iqtisadiyyatı sanksiyalardan ağır zərbə alıb, onun inkişaf imkanları ciddi şəkildə sarsılıb.

“Müttəfiqlərimizlə birlikdə biz Rusiyanı qoşunlarını Ukraynadan çıxarmağa məcbur etmək istəyirik. Ona görə də biz geniş sanksiyalar tətbiq etmişik. Lakin biz NATO ilə Rusiya arasında birbaşa qarşıdurmaya səbəb ola biləcək qərar qəbul etməyəcəyik”,- deyə Şolz əmin edib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »