Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Həftənin ulduz falı: 16-22 may, 2022 - Maraqlı tanışlıqlar, uğurlu alışlar...
Həftənin ulduz falı: 16-22 may, 2022 - Maraqlı tanışlıqlar, uğurlu alışlar...

Bizimyol.info 16-22 may, 2022-ci il tarixləri üçün həftəlik ulduz falını təqdim edir:

Qoç - Biznes və maliyyə sahəsində məsələlərin həlli həftənin əvvəlinə təyin olunmalıdır. Böyük alışlar uğurlu olacaq. Həftə sonuna dostlarla əyləncəli vaxt vəd edilir. Siz həmçinin yeni maraqlı tanışlıqlara da ümid edə bilərsiniz.

Buğa - Tənbəllik etməsəniz, çox şeyə nail ola bilərsiniz. Həftənin ortasında gözlənilməz görüşlər və tanışlıqlar mümkündür. Bu müddətdə yaranmış çətinlikləri təkbaşına dəf edəcəksən. Həftənin sonuna böyük xəbərlər gözləyin.

Əkizlər - Yeni ideyalarınız yarana bilər, ruh yüksəkliyi və uğur sizə yoldaşlıq edəcək. Uzun müddətdir əziyyət verən bir problem uğurla həll olunacaq. Yaxşı xəbərlər və maddi qazanc gözləyin. Həftə sonunda yaxınlarınıza daha çox diqqət ayırmağa çalışın.

Xərçəng - Həyatınızın müxtəlif sahələrində çox işlər görməli olacaqsınız. Ona görə də başqalarının problemlərini həll etməyə çalışmayın, daha yaxşı şəxsi həyatınızı yaşayın. Subaylar bu həftə gəlcək həyt yoldaşları ilə görüşə bilərlər. Köhnə dostlar da ziyarətə gələ bilərlər.

Şir – Planlaşdırma aparmaq və uzun müddətdir sürünən bəzi işləri başa çatdırmağın vaxtıdır. Yeni layihələrin icrasını ləngitmək məsləhətdir. Ciddi münaqişələrdən və açıq mübahisələrdən çəkinin, özünüzə nəzarət etmək sizin üçün çətin olacaq. Həftənin son günlərində özünüzə daha çox vaxt ayırın.

Qız - Ümumiyyətlə, əlverişli bir dövrdür. Düzdür, bəzən arxa planda qalmağa məcbur olacaqasınız, amma hətta bu da faydalı olacaq. Məsləhətləri rədd etməyin, əksər hallarda ağlabatan olacaqlar. Münaqişədə olduğunuz hər kəslə barışmaq imkanınız var. Həmçinin sevən və evli cütlər də bir-birinə daha çox yaxınlaşa biləcəklər.

Tərəzi - Həftə həyat tərzinizdə dəyişiklik etmək üçün əlverişlidir. Ulduzlar daha çox ünsiyyət qurmağı tövsiyə edir və bunun işgüzar və ya şəxsi ünsiyyət olmasının fərqi yoxdur. Bu günlərin gözəl mükafatı maliyyə baxımından yüksəliş olacaq.

Əqrəb - Bu həftə taleyinizə təsir edə biləcək söhbətlər baş tutacaq. Qarşınızda yeni yollar açılacaq. İdeyalarınızı həyata keçirmək asan olacaq və onlar qazanc gətirəcək. İndi maraqlı hadisələrin vaxtıdır.

Oxatan - Gündəlik fəaliyyətlərə və kiçik gündəlik problemlərə diqqət yetirin. Çətin vəziyyətdən çıxış üçün əlverişli zaman gəlib. Həftənin sonuna vacib heç nə planlaşdırmayın. Həftə sonunda alış-veriş etməyə dəyər – uğurlu alınacaq.

Oğlaq – Narahatlıq üçün heç bir səbəb olmayacaq, çətinliklər yan keçəcək. Həftənin əvvəli əlamətdar hadisələr vəd etmir, işdə və evdə vəziyyət sakit olacaq. Cümə axşamı və cümə günləri hər sahədə uğur vəd edir, köhnə planlarınızı yerinə yetirməyə cəhd edə bilərsiniz.

Dolça - Fəaliyyətiniz obyektiv səbəblərdən müəyyən qədər məhdudlaşdırılacaq. Axına qarşı üzməyin - ən yaxşı nəticəyə gətirib çıxaran taktika sınanılmış metodlardır. Bazar günü dostlarla görüşmək üçün yaxşı gündür. Xoş emosiyalar əskik olmayacaq.

Balıq - Nə qədər çox çalışsanız və nə qədər çox uzaqgörənlik göstərsəniz, sonradan çətinliklərin öhdəsindən gəlmək bir o qədər asan olacaq. Bazar ertəsi və çərşənbə axşamı səmimi söhbətlərdən qaçın – səhv başa düşülmək ehtimalınız var. Ən yaxşısı cümə axşamı işgüzar danışıqlarda istədiyinizə nail olmaqdır.

Son xəbərlər
Bütün xəbərlər »