Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zelenski: "Azovstal"dan təxliyənin növbəti mərhələsi ilə bağlı çətin danışıqlar gedir
Zelenski: "Azovstal"dan təxliyənin növbəti mərhələsi ilə bağlı çətin danışıqlar gedir

İndi Mariupol şəhərindəki “Azovstal” zavodundan orada olan insanların çıxarılması missiyasının növbəti mərhələsi ilə bağlı çox çətin danışıqlar gedir.

Bizimyol.info xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski videomüraciətində bildirib.

"Biz bütün xalqımızı Mariupol və "Azovstal"dan xilas etmək cəhdlərimizi davam etdiririk. İndi təxliyə missiyasının növbəti mərhələsi - ağır yaralıların, həkimlərin çıxarılması ilə bağlı çox çətin danışıqlar gedir. Söhbət çoxlu sayda insandan gedir. Təbii ki, biz hamını və müdafiə qüvvələrimizi də oradan sağ-salamat evakuasiya etmək üçün əlimizdən gələni edirik”,- deyə dövlət başçısı bildirib.

Onun sözlərinə görə, dünyada ən nüfuzlu vasitəçi ola biləcək hər kəs müvafiq danışıqlarda iştirak edir: "Biz bununla bağlı prosesdə iştirak etmək istəyən, Rusiyaya təsir edə biləcək hər kəsə müraciət etmişik",- deyə Zelenski qeyd edib.

Qeyd edək ki, Mariupoldakı "Azovstal" katakombalarından dinc əhali təxliyə edildikdən sonra Rusiya qoşunları ukraynalı əsgərlərin müdafiə etdiyi zavodu ələ keçirmək cəhdlərini davam etdirir. İşğalçılar zavodun ərazisinə raket-bomba zərbələri endirir, artilleriya və tankların köməyi ilə hücum əməliyyatları həyata keçirirlər.

Mayın 11-də baş nazirin müavini İrina Vereşçuk bildirib ki, "Azovstal" ərazisində daha minə yaxın döyüşçü olduğu güman edilir ki, onların yarısının ağır yaralı olması etimalı var.

Mayın 13-də Zelenski bəyan edib ki, Ukrayna Rusiyaya ukraynalı əsgərlərin "Azovstal" zavodundan çıxarılması üçün müxtəlif mexanizmlər təklif edir və Finlandiya prezidenti bu barədə Rusiya prezidenti Vladimir Putinlə danışacaq. Söhbət dirilərin xilas edilməsi və ölülərin cəsədlərinin çıxarılmasından gedir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »