ABŞ Prezidenti Co Bayden, Finlandiya Prezidenti Sauli Niinistö və İsveç Baş naziri Maqdalena Andersson arasında üçtərəfli telefon danışığı olub.
APA xəbər verir ki, bu barədə Finlandiya Prezidenti "Twitter"də bildirib.
“Biz Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə bağlı dərin narahatlığımızı bölüşdük. Finlandiyanın NATO üzvlüyü istiqamətində növbəti addımları barədə məlumat verdim.
Finlandiya ABŞ-ın bütün lazımi dəstəyini dərindən qiymətləndirir”, - Niinistö qeyd edib.