Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukrayna Rusiyanın çayı keçmək istəyən qüvvələrini məhv edir - Britaniya kəşfiyyatı
Ukrayna Rusiyanın çayı keçmək istəyən qüvvələrini məhv edir - Britaniya kəşfiyyatı

Ukrayna hərbçiləri Rusiya ordusunun Donbassdakı Severski Donets çayını keçmək planlarını puç edir, Rusiya əhəmiyyətli itkilər verir.

Bizimyol.info Ukrayna mediasına istinadla xəbər verir ki, bu barədə Britaniyanın Müdafiə Nazirliyi öz kəşfiyyatının məlumatlarına istinadən “Tvitter”-də məlumat yayıb. Qeyd olunub ki, Rusiya İzyum və Severodonetsk bölgəsində Slavyansk və Kramatorska keçmək üçün böyük səy göstərir.

Onun bu istiqamətdə əsas vəzifəsi Ukrayna qüvvələrini qərbdən gələn dəstəyin qarşısnı almaq məqsədilə ümumi əməliyyatlar zonasında onları mühasirəyə almaq idi. Kəşfiyyat rəsmilərinin sözlərinə görə, buna baxmayaraq, ukraynalılar Rusiyanın Donbassda çayı keçmək cəhdinin qarşısını alıblar.

Qeyd edək ki, Rusiya Severodonetskin qərbindəki Severski Donetsini keçərkən ən azı bir batalyon-taktiki qrupun (təxminən 600-1000 hərbçi) əhəmiyyətli manevr edə bilən zirehli elementlərini və ponton-körpü avadanlıqlarını itirib.

Kəşfiyyatçılar qeyd edir ki, döyüş əməliyyatları altında çayı keçmək çox riskli manevrdir. Bu öz növbəsində Rusiya komandanlığının Ukraynanın şərqində irəliləyiş əldə etməyə çalışdığını göstərir. Müharibənin əvvəlində Rusiya Ukraynaya şimaldan hücum edərək, qoşunlarını bu istiqmaətdə yerləşdirsə də, bu ərazilərdə ciddi uğur, üstünlük qazana bilməyib.

Baş Qərargahın məlumatına görə, hazırda Rusiya ordusu Severski Donetsini keçməyə çalışır. Novaya Kaxovka ərazisində keçidlər tikməyə hazırlaşır. Ukrayna qüvvələri Severski Donetsində Rusiya pontonlarını sistematik şəkildə məhv edir.

Hesablamalara görə, Rusiya Beloqorovkada Severski Donetsini keçməyə çalışan 73 avtomobilini itirib.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »