Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan gəncləri təhsil üçün ən çox hansı ölkəyə üz tutur...
Azərbaycan gəncləri təhsil üçün ən çox hansı ölkəyə üz tutur...

Dərs ilinin son günlərini yaşayırıq. Bu günlər orta məktəbi bitirən, ali təhsil almağı arzu edən, imthanları, onların nəticələrini gözləyən gənclərin bəlkə də həyatlarında ən həyəcanlı, stressli anlarıdır.

Hər il olduğu kimi bu il də xarici univeritetləri seçən, təhsilini xaricdə davam etdirmək istəyən tələbələrin sayı kifayət qədər çoxdur. Lakin maraqlısı ondadır ki, əvvəlki illərdə azərbaycanlı gənclərin ən çox üz tutduqları ölkələr siyahısında Rusiya və Ukrayna ön sıralarda dururdu. Hazırda isə bu iki ölkə arasında müharibə davam etməkdədir və nə zaman bitəcəyi də məlum deyil.

Bu il azərbaycanlı tələbələrin daha çox hansı ölkələrə üz tutacağı gözlənilir? Ukrayna və Rusiya universitetlərini hansı ölkələrin ali məktəbləri əvəz edəcək?

Elşən Qafarov Elşən Qafarov

Təhsil eksperti Elşən Qafarov Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, Azərbaycanda ənənəvi olaraq hər il xaricdə təhsil üçün Rusiya, Ukrayna, Gürcüstan, Türkiyəyə axın olurdu. Lakin son illərdə Polşa, Macarıstan, Çexiya, Slovakiyanın ali məktəblərinə təhsil almaq üçün gedənlərin sayında artım müşahidə edilir.

“Bu isə onunla bağlıdır ki, xüsusilə Polşada təhsil haqqı Almaniya, Fransa, İtaliya kimi ölkələrə nisbətən ucuzdur. Amma yenə də təhsil almaq üçün seçilən ölkələr arasında birinci yeri Türkiyə tutur. Bu həm mentalitet, həm də dil probleminin olmaması kimi məsələlərlə bağlıdır. Eyni zamanda Türkiyədə də təhsil Avropa ölkələri ilə nisbətdə ucuzdur.

Son illərdə Rusiyaya gedənlərin sayında xeyli azalma var. Məlum müharibədən sonra artıq Ukraynada oxumağa gedə bilməyənlər yəqin ki, bunu Türkiyə və yaxud Şərqi Avropa ölkələri ilə əvəz edəcəklər”.

İstanbul, Türkiyə İstanbul, Türkiyə

Ekspertin sözlərinə görə, xaricdə təhsilin seçilməsinin əsas səbəbləri ölkədə ali təhsil səviyyəsinin aşağı olması, aşağı təhsilə görə yüksək ödəniş tələb edilməsidir. “Eyni zamanda bu, gənclərin yeni dünyaya maraqları, daha yaxşı təhsil almaq, mütəxəssis kimi hazırlıq keçmək istəkləri ilə bağlıdır. Çünki həmin kadr hazırlığını Azərbaycan ali məktəbləri verə bilmirlər”.

Leyla Mirzə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »