Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bunun səbəbi Vladimir Putinin özüdür" - Kremlin etirazına ABŞ-dan cavab
"Bunun səbəbi Vladimir Putinin özüdür" - Kremlin etirazına ABŞ-dan cavab

“Birləşmiş Ştatlar Finlandiya və İsveçin NATO-ya daxil olmaq cəhdlərini dəstəkləyəcək. Alyansın genişlənməsinə səbəb Vladimir Putinin özüdür”.

Bizimyol.info Ukrayna mediasına istinadla xəbər verir ki, bu barədə “Ağ Evin” spikeri Cen Psaki keçirdiyi brifinqdə deyib. O, vurğulayıb ki, ABŞ və NATO uzun illərdir ki, finlər və isveçlilərlə əməkdaşlıq edir. Alyansın özü müdafiə xarakteri daşıyır, hücumçu deyil. Belə ki, nə Vaşinqtonun, nə Helsinki, nə də Stokholmun Rusiyaya qarşı aqressiv niyyəti yoxdur.

Cen Psaki Cen Psaki

Psaki həmçinin bildirib ki, Birləşmiş Ştatlar Alyansın açıq qapı siyasətini dəstəkləyir. Buna görə də, İsveç və Finlandiya üzvlük təkliflərini təqdim etsələr, onları dəstəkləyəcəyik. Psakinin sözlərinə görə, güclü müdafiəyə malik Qərb Alyansına malik olmaq ABŞ və dünyanın təhlükəsizliyi üçün yaxşıdır.

Brifinqdə jurnalistlərdən biri Alyansın genişlənməsinin Putini narahat etdiyini qeyd edib və bunun “təxribata” səbəb olub-olmayacağını soruşub.

“Sadəcə, Finlandiya prezidentinin sözündən sitat gətirmək istərdim, yəni: “Rusiyaya gəlincə, NATO-nun böyüməsinə səbəb olan siz oldunuz. Aynaya baxın. Bunun səbəbi Rusiya diktatoru Vladimir Putinin özüdür. Eyni zamanda bunun səbəbi həm də yəqin ki, bu ölkələrdə NATO-ya üzv olmağa ictimai dəstəyin artmasıdır”,- deyə Psaki sualı cavablandırıb.

Xatırladaq ki, mayın 12-də Finlandiyanın baş naziri və prezidenti bəyan ediblər ki, onların ölkələri NATO-ya üzv olmaq üçün gecikmədən müraciət etməlidir. Finlandiyanın İsveçlə Alyansa qoşulmaq üçün mayın 16-da birgə müraciət edəcəyi gözlənilir.

Buna qədər İsveç və Finlandiya Rusiyanın təcavüzündən ehtiyat edərək NATO üzvlüyü barədə açıq danışmırdılar. Amma Böyük Britaniyanın baş naziri Boris Conson rəsmən bu iki ölkə ilə müqavilə bağladı və onlara hücum olunacağı təqdirdə birbaşa hərbi dəstək vəd etdi. Bundan sonra hər iki ölkə açıq şəkildə NATO üzvlüyünə üz tutacaqlarını bəyan etdilər. İndiki halda Putin bu ölkələrə hücum etməyə cəsarət etməyəcək. Əvvəla, Rusiyanın hücum potensialı qalmayıb, ikincisi isə, bu addım Böyük Britaniya ilə açıq müharibə demək olardı.

Boris Conson və Volodimir Zelenski, Kiyev, Ukrayna Boris Conson və Volodimir Zelenski, Kiyev, Ukrayna

Prezident Vladimir Zelenski finlandiyalı həmkarı Sauli Niiniste ilə söhbətində Finlandiyanın NATO-ya üzv olmaq təşəbbüsünü dəstəklədiyini bildirib.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »