Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"WhatsApp"da ödənişli abunyə başlayır: Təfərrüatlar açıqlanıb
"WhatsApp"da ödənişli abunyə başlayır: Təfərrüatlar açıqlanıb

"WhatsApp" da ödənişli sistemə keçir, amma narahat olmayın. Bu, yalnız bir seçim olaraq təklif olunur. Nə vaxt başlayacağı da açıqlanıb.

Bizimyol.infon xəbər verir ki, "WhatsApp"ın dünyanın ən məşhur ani mesajlaşma proqramı olmasını, etiraf etməliyik ki, ilk növbədə onun pulsuz istifadə olmasına borcluyuq.

Bununla belə, görünür, "Meta" "WhatsApp"a çox dəyər verir və onu pul qazana bilən bir vasitə kimi görür.

Təbii ki, Zukerberqin "WhatsApp"ı pulsuz etmək və birdən-birə 2,4 milyard istifadəçini qaçırmaq layihəsi həyata keçirəcəyi inandırıcı görünmür. Ancaq o, "WhatsApp"dan istifadə etmək və başqaları üzərində imtiyazlar qazanmaq istəyənlərə də seçim hüququ təklif etmək istəyir.

Əldə edilən məlumata görə, "WhatsApp" 14 may 2022-ci il tarixindən etibarən istifadəçilərinə ödənişli abunə təklif edəcək. Heç kim bu seçimi etməyə məcbur edilmir. Beləliklə, pulsuz istifadə davam edəcək. Bununla belə, ödənişli "Whatsapp"a üstünlük verənlərin bəzi imtiyazlarının olacağı bildirilir.

Planın təfərrüatları məlum olub. Buna uyğun olaraq, mayın 14-dən etibarən "WhatsApp"da ödənişli abunə seçimi aktiv olacaq. Onun dəyəri dəqiq məlum deyil, lakin ayda 1 dollar olacağı gözlənilir. İllik abunə seçimi də mövcuddur.

Pulsiz istifadə varkən niyə insanlar bu pulu verib "WhatsApp"a ödənişli abunə olsunlar? "Meta" bu seçimi edənlərə proqramdan eyni vaxtda bir neçə mobil cihazda tək hesabla istifadə etmək imkanı təqdim edəcək. Həm də zamanla inkişaf etdirilən bəzi yeni funksiyaların yalnız ödənişli abunəçilər tərəfindən istifadə edilməsi planlaşdırılır.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »