Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bu təhlükəli şprisləri, görəsən, ölkəyə kim idxal edir?"
"Bu təhlükəli şprisləri, görəsən, ölkəyə kim idxal edir?"

"Azərbaycanda təhlükəli spirislər satışa çıxarılıb"

Bu barədə Bizimyol.info xəbər portalına “Azad İstehlakçılar” Birliyinin sədri Eyyub Hüseynov məlumat verib. Onun sözlərinə görə, 2022-ci ilin fevral ayından başlayaraq “Azad İstehlakçılar” İctimai Birliyinin (AİİB) qaynar telefon xəttinə çoxsaylı istehlakçılar zəng vuraraq standartlara uyğun olmayan, qara porşenli və hətta silindir üzərindəki bölgü şkalası əllə toxunmaqla pozula bilən, bəzən iynələrinin sonluğu paslanmış şprislər barədə məlumatlar verilir. Nümunələr ofisə gətirilir.

Eyyub Hüseynov Eyyub Hüseynov

“Qeyd edək ki, 2019-cu ilin sentyabr ayında Azərbaycan Standartlaşdırma İnstitutunun o zamanki direktoru Namiq Tağıyev ölkədə standartların tələblərinə cavab verməyən, Türkiyə, Çin və digər ölkələrdən idxal olunan insan sağlamlığı üçün təhlükə törədən şprislərin satıldığı barədə məlumat yaydı. Namiq Tağıyevin bu məlumatından sonara istehlakçılardan “Azad İstehlakçılar”İctimayi Birliyinə (AİİB) hər gün külli miqdarda narahatçılığı ifadə edən istehlakçı zəngləri daxil olmağa başladı. AİİB, bir ictimai təşkilat olaraq o zaman müvafiq dövlət qurumlarının bu məsələyə reaksiyasını izləyərək, cəld tədbirlər görüləcəyi ümidi ilə sadəcə istehlakçılara məsləhətlər verməklə kifayətlənmədik. Kömək məqsədilə, eyni zamanda, standartlara uyğun olmayan şprislərin satış şəbəkəsi, idxalçı firmalar barədə İqtisadiyyat Nazirliyinə, Səhiyyə Nazirliyinə və Dövlət Gömrük Komitəsinə rəsmi məlumatlar verdik. Media da bu işə müstəsna dəstək verdi. Təsəlliverici cavablar alındı. Uyğun dövlət qurumları iş apardı və təhlükəli şprislərin aptek və klinikalara daxil olması müəyyən bir müddət xeyli məhdudlaşdı” - deyə E.Hüseynov bildirib.

Ekspert qeyd edib ki, AİİB-ə daxil olan ardı kəsilməyən istehlakçı zəngləri səbəbilə, apteklərdə kiçik bir monitorinq aparılıb.

“2019-cu ildən bu sahədə bu günə olan dəyişikliyə nəzər yetirək. Məlum oldu ki bazarın 80%-dən çox yerlərdə (apteklərdə) ekspertizada standartlara uyğunsuzluğu 2019-cu ildə təsdiq olunmuş şprislər bu gün də satılır. Silindirin üzərindəki bölgü şkalası əllə toxunmaqla pozulan, silindiri çox bulanıq, demək olar ki, qara rəngdə olan, porşenin sonluğunda yağa bənzər maddə olan, iynəsinin sonluğunda pas görünən, dərman çəkmək istədikdə dayanma məhdudedicisi olmayan porşenlərlə təchiz olunmuş şprislər və s. satılır. “Səlahiyyətli Qurum” adlandırılan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Analitik Ekspertiza Mərkəzi”MMC-nin direktoru Murad Süleymanovun imzasıyla AİİB-ə ünvanlanmış 15/13361 saylı cavab məktubunda yazılır: “...sizdəki şprislərin hansı mal partiyası ilə və kim tərəfindən gətirildiyini müəyyən etmək mümkün deyil. Əgər idxalına icazə verilməyibsə, bu məsələ inzibati və cinayət məsuliyyəti yaradır ki, bu da hüquq mühafizə orqanlarının səlahiyyətləri daxilindədir”. O zaman müvafiq orqanlar bir birinin üzərinə atsalar da, sonda medianın hesabına bu cür təhlükəli şprislər bir müddət apteklərdən yoxa çıxdılar. Təəssüflər olsun ki, bu gün yenidən apteklərdə bu cür təhlükəli və mənşəyi bilinməyən şprislər satılır” - deyə Eyyub Hüseynov bildirib.

Ekspert qeyd edib ki, apteklərdən standartın tələblərinə cavab verməyən şprislər alınıb və kassa çeki ilə birlikdə təşkilatın ofisində saxlanılır.

“Bu gün yenidən ölkəyə idxal olunmuş bu təhlükəli şprisləri, görəsən, ölkəyə kim idxal edir və idxal zamanı Analitik Ekspertiza Mərkəzi bu şprislər barədə hansı rəyi bildirib və Gömrük Komitəsi təhlükəli şprislərin idxalında hansı mövqeni tutub? Ola bilsin ki, hansısa mərhələdə yenə də xeyir-dua məsələsi öz işini görüb” - deyə E.Hüseynov bildirib.

Ekspert əlavə edib ki, təhlükəli şprislərdən dövlət və özəl tibb müəssıələrində də geniş istifadə olunur. İstisna olunmur ki, bu təhlükəli şprislər tenderlərdə də təklif olunur: “Adı çəkilən təhlükəli şpris nümunələrinin təhlükəli olduğunu müəyyən edilməsi, onların keyfiyyətinin yoxlanılması və mənşəyinin müəyyən edilməsi üçün nümunələri və satış məkanlarını təqdim etməklə, Analitik Ekspertiza Mərkəzinə müraciət etmişik. Maraqlıdır, görəsən, 2 il öncə bu cür təhlükəli şprislərin idxalçısını və mənşəyini müəyyən edə bilməyən Analitik Ekspertiza Mərkəzi bu gün necə müəyyən edə biləcəkmi?”

Eyyub Hüseynov əldə olunan materialları təhlil edərək, istehlakçıların həyatı və sağlamlığı üçün təhlükə törədən şprislərin bazardan yığəşdırılıb ictimai məhvedilməsi üçün mümkün olanları etməklə bərabər, Analitik Ekspertiza Mərkəzi ilə bərabər Dövlət Gömrük komitəsinə, İqtisad Nazirliyi yaninda Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə, Səhiyyə Nazirliyinə,Nazirlər Kabinetinə, Daxili İşlər Nazirliyinə rəsmi müraciətlər ünvanlayıb.

“Pul qazanmaq naminə vətəndaşlarımızın həyatını təhlükəyə atan bu kimi təhlükəli şprisləri ucuz olsun deyə bazara, bəzi nəzarət edən məmurların xeyir-duası ilə daxil edən biznes adamlarına,məmurlara üzümü tutub deyirəm. Dövlətimizin biznes adamları ücün yaratdığı son dərəcə rahat şəraitdən sui-istifadə etməyin! Keyfiyyətli mal idxal edin,o cümlədən keyfiyyətli şpris!Məmurlar-təhlükəli malların ölkə bazarına daxil olmasına xeyir-dua verməyin və bəzən də qaçaqmala!”-deyə eskeprt bildirib.

P.S. Bizimyol.info xəbər portalı məsələ ilə bağlı Səhiyyə Nazirliyinə, Gömrük Komitəsinə, Analitik Ekspertiza Mərkəzinə və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Mallarına Nəzarət Dövlət Xidmətinə sorğu ünvanlayıb. Cavab verildiyi təqdirdə sizinlə bölüşəcəyik.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »