Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ukraynada yaşayan azərbaycanlılar əllərindən gələni əsirgəmirlər"
"Ukraynada yaşayan azərbaycanlılar əllərindən gələni əsirgəmirlər"

Artıq iki aydan çoxdur ki, Rusiya-Ukrayna müharibəsi davam edir. Ukraynada yaşayan soydaşlarımız bu vəziyyətdə əllərinə silah alıb, Ukraynanın ərazi bütünlüyü qorumaq üçün döyüşürlər. Eyni zamanda Azərbaycan da öz humanitar yardımlarını əsirgəmir. Bir neçə gün öncə növbəti himanitar yardım yola slaınıb. Belə ki, bu dəfə ümumi çəkisi 170 tondan artıq olan humanitar yardıma 3.37 milyon manat məbləğində dərman vasitələri və tibbi sərfiyyat malları, eləcə də 1 milyon manat məbləğində ərzaq məhsulları daxildir.

Xatırladaq ki, Ukraynadakı vəziyyətlə əlaqədar ölkə rəhbərliyinin tapşırığı ilə Azərbaycan tərəfindən cari ilin 27 fevral və 12 mart tarixlərində Ukraynaya, eləcə də 15 aprel tarixində ukraynalı qaçqınlar üçün Moldovaya ümumi məbləği 23.2 milyon manatdan artıq olan 550 tona yaxın humanitar yardım göndərilib. Beləliklə, Azərbaycan Respublikasının Ukraynadakı böhranla bağlı göstərdiyi humanitar yardımın ümumi məbləği 27.6 milyon manat (təxminən 15 milyon avro), çəkisi isə 720 ton təşkil edir.

Milli Məclisin deputatı Rüfət Quliyev Bizimyol.info xəbər portalına açqılamasında bildirib ki, azərbaycanlıların Ukrayna müharibəsində iştirakını müsbət dəyərləndirir. O, qeyd edib ki, yüzlərlə azərbaycanlı müharibədə iştirak edir və minlərlə azərbaycanlı müxtəlif yardımlar edir.

Rüfət Quliyev Rüfət Quliyev

“Onların arasında etnik azərbaycanlı Ukrayna vətəndaşları var ki, həkim və ya tibb bacısıdır və müharibədən zərər görənlərə köməklik edirlər” - deyən Rüfət Quliyev Azərbaycanın Ukraynadakı diasporunun fəaliyyətini yüksək dəyərləndirdiyini də dilə gətirib.

“Bizim Ukraynadakı diasporun rəhbərliyində olan, ağsaqqalı hesab edilən, idmançı messenat Oleq Krapivin, Ukrayna azərbaycanlıları Radasının rəhbəri Ceyhun Məmmədov və s. orada aktiv şəkildə fəaliyyət göstərirlər. Bizim Ukraynadakı diasporumuz orada hardasa 30-40 minə yaxın insana paltar, dərman, qida məhsulları və s. yardımı edib. Diasporumuzun təxliyə ilə bağlı da kifayət qədər yardımı olub. Xarkovda fəxri konsulumuz Əfqan müəllim, Atəş müəllim və s. azərbaycanlıların böyük əməyi var” - deyən deputat bildirib ki, Azərbaycan hökuməti də öz növbəsində humanitar yardımlar edir. Artıq 100 tonlarla yardımlar edilib. Bununla yanaşı, Azərbaycan tərəfindən Ukraynaya kənd təsərrüfatı üçün 100 min tondan çox yanacaq verilib.

“Bizim Ukraynadakı SOCAR-ın yanacaqdoldurma məntəqələri yaralıları daşıyan avtomobillərə təcili yardım avtomobillərinə 100 tonlarla benzin verib” - deyə deputat bildirib.

Rüfət Quliyev bildirib ki, humanitar baxımdan Azərbaycan müharibə başlayandan yardımlarını əsirgəməyib. Ukrayna müharibəsində döyüşən azərbaycanlılar haqqında məlumat yoxdur.

“Amma bilirsiniz, Ukraynada Ukrayna vətəndaşı olan etnik azərbaycanlılardan şəhid olanlar var. Düşünürəm ki, orada yaşayan azərbaycanlılar əllərindən gələni əsirgəmirlər” - deyə Rüfət Quliyev bildirib.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »