Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyanın Ukraynaya qarşı tələbləri dəyişib: "Bir ay əvvəl fərqli idi"
Rusiyanın Ukraynaya qarşı tələbləri dəyişib: "Bir ay əvvəl fərqli idi"

Moskvanın Kiyevin Avropa İttifaqına daxil olmaq niyyəti ilə bağlı mövqeyi dəyişib.

Bizimyol.info xəbər verir ki, bunu Rusiya Federasiyasının BMT-dəki nümayəndəsinin müavini Dmitri Polyanski bildirib.

Onun sözlərinə görə, indi Moskva bu ideyaya qarşı çıxır - əvvəllər Kiyevin NATO-ya daxil olmasına qarşı olduğu kimi. Martın əvvəlində Kreml bildirib ki, Ukraynanın Aİ-yə daxil olması məsələsi strateji təhlükəsizlik məsələsi deyil.

Polyanskinin sözlərinə görə, indi Moskva Kiyevin NATO-ya üzv olmaq istəyi ilə yanaşı, Ukraynanı Aİ-yə qəbul edilməsinə də mənfi yanaşır. “Əvvəllər biz Ukraynanın Aİ-yə daxil olmasından çox narahat deyildik. Amma cənab Borrelin “bu müharibəni döyüş meydanında qazanmaq lazımdır” bəyanatından sonra vəziyyət dəyişdi. Və Aİ Ukraynaya silah tədarükündə lider olduqdan sonra. Hesab edirəm ki, bizim Aİ-yə qarşı mövqeyimiz indi daha çox NATO-ya qarşı mövqeyə bənzəyir. Biz onlar arasında elə də böyük fərq görmürük”,- deyə Polyanski bildirib.

“Diplomat təkidlə təkrar edib ki, Ukraynanın Aİ-yə üzvlüyü artıq heç bir sülh sazişi layihəsinin bir hissəsi deyil. Baxmayaraq ki, bir ay əvvəl fərqli idi. Hazırda Ukrayna istiqamətində diplomatiya üçün heç bir imkan görünmür. İndiki mərhələdə, açığını desəm, Ukraynanın mövqeyini və Qərb ölkələrinin bu münaqişəni alovlandırmaq cəhdlərini nəzərə alsaq, diplomatik həll üçün heç bir imkan görmürəm. Etiraf etməliyəm ki, hazırda diplomatiya üçün imkanlar yoxdur”,- deyə Polyanski bildirib.

Mayın 10-da Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib ki, “hiylə” baş verərsə və Aİ Ukraynanı qəbul etməkdən imtina edərsə, Kiyev buna dözməyəcək. Bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, Kiyev Aİ üzvlüyünə namizəd statusu almaq üçün doldurulmalı olan anketin ikinci hissəsini Brüsselə göndərib.

“Əgər biz namizəd ölkə statusunu ala bilməsək, bu, yalnız bir şey deməkdir - Avropa bizi aldatmağa çalışır. Və biz buna dözməyəcəyik. Ukrayna Avropada insanların Avropa Birliyinin arxalandığı dəyərlər uğrunda öldüyü yeganə yerdir. Hesab edirəm ki, buna hörmətlə yanaşmaq lazımdır”,- deyə Kuleba "Financial Times"-a müsahibəsində bildirib.

"Avropa İttifaqı iyunda Kiyevin statusu ilə bağlı qərar verə bilər. Eyni zamanda, Ukrayna Aİ-yə daxil olmaq üçün ən azı 2023-cü ilin yayına qədər gözləməməlidir",- bunu Fransa Xarici İşlər Nazirliyinin dövlət katibi Klement Bon deyib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »