Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukraynada Donbass uğrunda döyüşən qəhrəman azərbaycanlılar
Ukraynada Donbass uğrunda döyüşən qəhrəman azərbaycanlılar

“Möhkəm təməllər üzərində qurulmuş Azərbaycan-Ukrayna münasibətlərinin hazırkı səviyyəsi və gündən-günə genişlənməsi xüsusi məmnunluq doğurur.”

Bu barədə prezident İlham Əliyevin Azərbaycan ilə Ukrayna arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə Ukrayna Prezidenti Volodimir Zelenskiyə ünvanladığı təbrik məktubunda deyilir.

Xatırladaq ki, Ukrayna ilə Azərbaycan arasında diplomatik münasibətlər 31 yanvar 1992-ci ildə qurulub. Hər iki dövlət bir-birinin müstəqilliyini qısa müddətdə tanısa da, diplomatik nümayəndəliklərin açılması bir qədər sonraya təsadüf edir.

Bu gün Ukraynada 550 mindən çox azərbaycanlı yaşayır. Onlar ölkənin ictimai-siyasi həyatında fəal iştirak edirlər.Azərbaycanlı tələbələrin ən çox seçdiyi universitetlər Ukraynadadır. Və Azərbaycanda da 30 minədək ukraynalı yaşayır. Xalqlarımız arasında tolerant, qarşılıqlı hörmət münasibətləri mövcuddur. Məhz elə buna görədir ki, fevralın 24 də Rusiyanın Ukraynaya hərbi müdaxiləsi başlayanda Ukraynada yaşayan azərbaycanlılar da müharibədə döyüşməyə başladı. Onlar arasında şəhid olanlar da oldu. Məhəmməd Cahangirov, Təyyar Bəşirzadə, Teymuraz Əliyev, Həsən Məmmədov, Vidadi İsrafilov və s. azərbaycanlı gənclər Rusiya-Ukrayna müharibəsində Ukraynada qəhrəmanlıq göstərərək döyüşürlər.

Martın 27-də azərbaycanlı Elnur Həsənov (“Alik”) “Karpat Seçi” könüllü dəstəsinin tərkibində Kiyevi müdafiə edərkən həlak olub. Qısası, Azərbaycan-Ukrayna dostluğu canından keçəcək qədər güclüdür. Bu dostluğun tarixi böyük olmasa da, möhkəmdir. Bu da bir sübutdur ki, 2014-cü ildə Donbas müharibəsində də azərbaycanlılar döyüşüb və Donbası müdafiə etmək uğrunda mübarizə aparırdı.

Bu gün Donbas müharibəsi şəhidi İlqar Bağırovun doğum günüdür. İlqar Saleh oğlu Bağırov 12 may 1970-ci ildə Bakıda anadan olmuşdu. Ukrayna Silahlı Qüvvələrində hərbi xidmət keçən İlqar Bağırov, Donbasda döyüşlər başlayan gündən Müdafiə Nazirliyinin nəzdində yaradılan 11-ci “Kiyevskaya Rus” batalyonunda kəşfiyyat qrupunun rəhbəri idi. 2014-cü il sentyabr ayının 30-da Luqansk vilayətinin Debaltsev şəhərində rəhbərlik etdiyi kəşfiyyat qrupu mühasirəyə düşür. Qarşı tərəfi xeyli itkiyə uğratdıqdan sonra İlqar mühasirədən çıxmayacağını görüb, əl qumabarası ilə özünü partladır. İlqar Ukrayna xalqı arasında “Balu” adı ilə tanınırdı.

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsində Ukrayna vətəndaşı olan azərbaycanlılar döyüşür. Bir neçə gün öncə Ukrayna ordusunun çavuşu Raqif Vaqif oğlu Əliyev, Ukraynanın milli suverenliyi və ərazi bütövlüyünün qorunmasında göstərdiyi şücaət, igidlik və mətanətə görə Ukrayna Qarapapaq Türkləri Milli Şurasının "Fəxri Nişanı" ordeni ilə təqdim edilib. Rus işğalçılarına qarşı döyüşlərdə ağır yaralanan çavuş Raqif Əliyev hazırda müalicə olunur.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »