Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Neft embarqosu Rusiyanı necə vuracaq?..
Neft embarqosu Rusiyanı necə vuracaq?..

Avropa İttifaqının mayın 9-dan əvvəl qəbul edilməsi planlaşdırılan altıncı sanksiyalar paketi yenidən təxirə salınıb.

Rusiya lobbiçiləri mümkün neft embarqosunun Aİ üçün dağıdıcı nəticələri barədə danışmağa davam edir və əsas “Putinin dostu”, Macarıstanın baş naziri Viktor Orban bu qərara mane olur. Bizimyol.info Ukrayna mətbuatına istinadla xəbər verir ki, hazırkı vəziyyətdə Macarıstan hakimiyyətini “inandırmağın” yeganə yolu Aİ-dən əhəmiyyətli təzminat təklif etməkdir ki, məhz onların tələb etdiyi də budur.

Niyə hələ də sanksiyalar tətbiq edilməyib?

Rusiyaya qarşı artıq tətbiq edilmiş beş sanksiyalar paketi enerji resurslarına təsir etməyib. Rusiyanın iqtisadiyyatına ağır zərbə vuruldu, lakin neft və qazın satışından büdcə gəlirləri artmaqda davam edir. Ancaq altıncı sanksiyalar paketi Putinin iki “qırmızı xəttini” birdən keçə bilər. Bu məhdudiyyətlər onun məşuqəsi Alina Kabayevaya təsir etməli və neft tədarükünü məhdudlaşdırmalıdır.

Avropa İttifaqındakı Rusiya lobbisi uzun illərdir ki, maarifləndiyi üçün indi fəal şəkildə özünü göstərir. Belə ki, Aİ-də birdən-birdə bu cür qərarların fəlakətli nəticələrindən danışmağa başlayan onlarla “iqtisadçı” ortaya çıxıb. 2024-cü ilə qədər gecikmə olsa belə, neft embarqosuna razı olmayan bir sıra ölkələr də var. Məsələn, Macarıstanın baş naziri Viktor Orban uzun illərdir ki, Rusiya Federasiyasından enerji resurslarının alınması üçün xüsusi şərtlər alır.

İkinci səbəb isə iqtisadidir. Neft tədarükü dərhal ləğv edilərsə, tədarüklə bağlı çətinliklər yaranacaq. Buna görə də, Avropa Komissiyası hamı üçün ibir qədər gecikmə təklif edib. Problemlər Slovakiyada, Bolqarıstanda ola bilər. Onlar öz resurslarını Rusiya Federasiyasından neft kəməri ilə alırlar və digər marşrutlr onlar üçün son dərəcə çətin olacaq. Çünki tankerlərlə təchizat üçün dənizə çıxış yoxdur.

Ukraynanın baş nazirinin Avropa və Avro-Atlantika inteqrasiyası üzrə müşaviri İvan Nahornyak hesab edir ki, bəzi ölkələrdə həqiqətən də təchizatla bağlı problemlər ola bilər, lakin onların öhdəsindən gəlmək mümkündür. Neft embarqosunun bütün ölkələr üçün yalnız 9 aydan sonra tətbiq edilməsi təklif edilir. Macarıstan və Slovakiya üçün isə yalnız 2025-ci ilin əvvəlindən embarqo tətbiq edilə bilər. Çexiya Rusiyanın qara qızılından yalnız 2024-cü ilin iyununda imtina edə bilər.

Sanksiyalar tətbiq olunacaqmı?

Ukrayna medaisının “Naftoqaz”dakı həmsöhbətinin fikrincə, nəzəri cəhətdən Ukraynanın özü Drujba kəmərinin öz hissəsini bağlamaqla Aİ-də neftə “embarqo” qoya bilər. Macarıstan da onun vasitəsilə neft alır. Lakin Avropa İttifaqının kollektiv qərarı olmadan Ukrayna hakimiyyəti belə bir addım atmayacaq.

“Çox güman ki, Macarıstan sadəcə, daha çox pul istəyir”, - deyə şirkət rəsmisi bildirib. Diplomatik baxımdan bu sözləri Macarıstanın xarici işlər naziri Peter Siyarto da təsdiqləyir. O, Aİ-nin onlara təzminat variantı təklif edəcəyi təqdirdə ölkəsinin sanksiyaları dəstəkləyəcəyini bildirib.

Kompensasiya təkcə neft tədarükü marşrutlarını, yeni mənbələr üzrə razılaşmaları deyil, həm də milyardlarla inyeksiya vasitəsilə “iqtisadiyyatın stimullaşdırılmasını” əhatə edir. Macarıstan buna nail olmağa çalışır. Prezident Emmanuel Makron da baş nazir Viktor Orbanı razı salmağa çalışıb. Onlar arasında telefon danışğı olub. Sanksiyaların tətbiq edilmə ehtimalı var, lakin artıq məlumdur ki, bunlar neftin nəqlinə aid olmayacaq.

Belə ki, ayrı-ayrı ölkələr üçün onlar yalnız iki ildən sonra sanksiya tətbiq etmək mümkündür. Onların kompensasiyası üçün Aİ faktiki olaraq ayrı-ayrı şəxslərə böyük maliyyə yardımı ödəməli olacaq.

Bəs neft embarqosu Rusiyanı vuracaqmı?

Bir çox digər sanksiyalardan fərqli olaraq, bu, Rusiya büdcəsinə ani zərbə olacaq. Yəqin ki, Rusiya başqa satış bazarları (məsələn, Asiya) tapa biləcək, lakin orada qiymətlər aşağı olacaq. Belə olan təqdirdə gəlirlər, eləcə də ixracın həcmi azalacaq.

Tətbiq olunan sanksiyalar və ümumilikdə embarqo nəticəsində neft hasilatı bütün sənayeyə ağrılı zərbə olacaq. Belə ki, hazırda Avropa Rusiya neftinin əsas alıcısıdır. 2022-ci ilin yanvar ayında bütün neft ixracının 54,5 faizi Avropa ölkələrinə gedib. Burada söhbət gündə 2,29 milyon bareldən gedir. Ancaq bütün Avropa ölkələri sanksiyalar tətbiq etmir. Məsələn, Belarus, Serbiya, Gürcüstan neft almağa davam edəcək. Ancaq nəzərə almaq lazımdır ki, yanvar təsirin qiymətləndirilməsi üçün ən göstəricili ay deyil. Belə ki, Norveçin “Rystad Energy” şirkətinin analitikləri qadağanın gündə təxminən 3 milyon barel təsir edəcəyini düşünürlər. Ümumiyyətlə, Rusiya Federasiyası neft ixracından ildə təxminən 250 milyard dollar gəlir əldə edir.

Rusiya dərhal satış bazarları tapa bilməsə, o zaman bu rəqəm ən azı 30-40 faiz (175-150 milyard dollara qədər) azala bilər. Bu, böyük rəqəmdir, lakin neft embarqosu ilə belə Rusiyanın iflası haqqında danışmaq hələ tezdir. Çünki qaz ixracından gəlirlər var. Bununla yanaşı, Rusiyanın daxili resursları var və rublu “çap edə”, inflyasiyanı artıra, buna görə Aİ və ABŞ-ı günahlandıra, hərbi istehsalı maliyyələşdirməyə davam edə və orduya nisbətən yüksək maaşlar verə bilər.

Putin açıqlamalarında Qərbin Rusiya Federasiyasında “iqtisadi blits-krik” həyata keçirə bilmədiyini təkrarlayaraq, iqtisadiyyat çökmədiyini bildirir. Əslində, sanksiyaların əksəriyyəti Rusiyanı perspektivlərdən, texnologiyalardan, sənayelərini inkişaf etdirmək imkanlarından, investisiyalarından məhrum edir.

Demokratik cəmiyyətdə şirkətlərin kütləvi şəkildə ölkədən çıxması, qiymətlərin artması və bütün imkanların kəskin şəkildə bağlanması hakimiyyəti öz dövlətlərinin maraqlarını qorumağa və müharibəni dayandırmağa məcbur edərdi. Rusiya xalqının rifahı Putini narahat etmdiyinə görə, bu halda sanksiyaların əsas məqsədi iflas deyil, təcavüzkarın bütün resurslarının yavaş-yavaş tükənməsi, texnoloji və iqtisadi cəhətdən geri qalmasıdır.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »