Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Finlandiyanın "düşmənçilik addımı"na Kremldən "gücsüz" reaksiya
Finlandiyanın "düşmənçilik addımı"na Kremldən "gücsüz" reaksiya

NATO-nun genişlənməsi Avrasiyada təhlükəsizliyə töhfə vermir, Finlandiyanın alyansa daxil olması Rusiya üçün təhlükədir.

Bizimyol.info xəbər verir ki, bu barədə cümə axşamı jurnalistlərə Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Kremlin sözçüsü müvafiq suala cavabında deyib: “Əlbəttə ki, NATO-nun növbəti genişlənməsi bizim qitəmizi daha sabit və təhlükəsiz etmir”.

Dmitri Peskov Dmitri Peskov

Peskov onu da əlavə edib ki, Rusiya Finlandiyanın alyansa daxil olması ilə bağlı vəziyyəti təhlil edəcək.

"Əlbəttə, bütün bunlar vəziyyəti tarazlaşdırmaq və təhlükəsizliyimizi təmin etmək üçün xüsusi təhlil və lazımi tədbirlərin işlənib hazırlanması elementlərinə çevriləcək. Biz dövlətimizin təhlükəsizliyini təhdid edəcək hadisələrə biganə yanaşa bilmərik",- deyə Kreml sözçüsü vurğulayıb.

Jurnalistin: "Niyə Helsinki Moskva ilə mehriban qonşuluq münasibətlərini dəyişdi?",- sualını Rusiya prezidentinin mətbuat katibi Finlandiya dövlətinin rəhbər şəxslərinə ünvanlamağı məsləhət bilib.

“Bunu Finlandiya dövlətinə rəhbərlik edən şəxslərdən soruşmaq lazımdır. Aİ daxilində ölkəmizə qarşı atılan qeyri-dost addımlara Finlandiya da qoşulub”,- deyə Peskov bildirib.

Kremlin sözçüsü əlavə edib ki, bu təəssüf doğurmaya və Moskvanın güzgü cavablarına səbəb ola bilməz.

Finlandiyanın yaxın gələcəkdə NATO-ya daxil olmaq planlarını da şərh edən Peskov Moskvanın belə bir nəticə əldə etməyi nəzərdən keçirdiyini bildirib.

Mayın 12-də Finlandiyanın prezidenti Sauli Niinisto və baş nazir Sanna Marinin birgə bəyanatla çıxış edərək ölkənin təcili olaraq NATO-ya daxil olmasını ilə bağlı müraciət edəcəklərini açıqlayıblar.

Öz növbəsində Avropa Şurasının rəhbəri Şarl Mişel Finlandiyanın NATO-ya daxil olmasını tarixi addım adlandırıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »