Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Yaxın həftələrdə Ukraynanın əks-hücumunu görəcəyik" - Ben Hoces
"Yaxın həftələrdə Ukraynanın əks-hücumunu görəcəyik" - Ben Hoces

“Ukrayna silahlı qüvvələri beynəlxalq müttəfiqlər tərəfindən fəal şəkildə dəstəklənir. Ukrayna müasir silahlarla təmin edilir. Buna görə də çox güman ki, yayın sonuna qədər Ukrayna ordusu Rusiyanı fevralın 24-dək tutduğu mövqelərə qaytarmağı bacaracaq”.

Bizimyol.info xəbər verir ki, bu barədə ABŞ-ın Avropadakı qüvvələrinin keçmiş komandanı Ben Hoces CNN telekanalına müsahibəsində səsləndirib. O, qedy edib ki, Ukraynanın tez-tez əks-hücum əməliyyatına keçəcək və ukraynalılar "yayın sonuna fevralın 24-dək olduğu mövqelərə qayıdacaq. Ben Hocesin fikrincə, Rusiya Federasiyasının “yüz minlərlə yeni əsgəri və döyüşə hazır yeni tankları yoxdur”.

Ben Hoces Ben Hoces

Hoces deyir ki, Kiyevin əks-hücumları “yaxın həftələrdə” başlaya bilər. "Mənə elə gəlir ki, yaxın həftələrdə biz bunu görəcəyik. Çünki ABŞ və onun müttəfiqləri bu həftələrdə Ukraynanın potensialını artırmaq üçün çox iş görüblər",- deyə keçmiş hərbçi bildirib.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri üçün ilk fürsət Rusiya hərbçilərinin Kiyev vilayətini tərk etməsi ilə yaranıb. Lakin sonra Ukrayna Silahlı Qüvvələri bu fürsətdən istifadə etmədi. Və Rusiya yenidən toplanıb, yeni bir hücuma keçə bildi.

"Rusiya Donbasa hazırlıqsız şəkildə daxil oldu. Son iki həftə ərzində 500 kilometrlik cəbhədə belə az irəliləyiş görürük. Zərbə zonası yoxdur. Onlar hücum imkanlarını cəmləşdirməyi bacarmırlar. Yəqin ki, onlar mənim ümumi əməliyyatlar adlandıracağım əməliyyatları, yəni quru, dəniz və hava qüvvələri, xüsusi təyinatlılar və kiberqüvvələrin birləşməsini həyata keçirməyi belə qısa müddətdə öyrənə bilməyiblər”,- deyə Hoces vurğulayıb.

Xatırladaq ki, Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Aleksiy Arestoviçin sözlərinə görə, Ukrayna Qərbdən silah aldıqdan sonra əks-hücum əməliyyatına başlamaq və Rusiya Federasiyasını hərbi məğlubiyyətə uğratmaq üçün hər cür şansa malikdir.

Ukrayna prezidenti Vladimir Zelenski isə hesab edir ki, Rusiya-Ukrayna müharibəsinin erkən bitməsinin əlamətləri yoxdur. Onun sözlərinə görə, Ukrayna müharibədə ən qısa zamanda qələbə qazanmağa, ərazi bütövlüyünü bərpa etməyə və dağıdılmış infrasturukturun bərpasına Rusiyadan müsadirə olunan vəsaitin hesabına başlamağa çalışır.

İlahin, Bizimyol.info

Paylaş »
››› Finlandiya və İsveç Rusiyadan qorunmaq üçün Türkiyənin dediyini etməlidir
››› Ukrayna Rusiya ərazisini atəşə tutub: Zavodun hədəfə alındığı bildirilir
››› Rusiyada canlı yayımda qəfil etiraf: "Ukraynada vəzyyətimiz pisləşib"
››› Rusiyada ard-arda hərbi komissarlıqları yandırırlar - Səbəb
››› Rusiya Paşinyanı istefaya göndərə bilmir: Moskvanın tərəfdarları azlıqda qalıb
››› ABŞ mətbuatında "Ərdoğan harayı", yaxud "meymun baxdı güzgüyə..."
››› AZAL yenə "zərər" açıqlayıb: İnhisarçı şirkət xalqı ələ salmağa davam edir
Koronavirusa dair informasiya saytı
Son xəbərlər
Bütün xəbərlər »