Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putin hədələsə də, Finlandiya geri çəkilmədi: "Güzgüyə baxın" - Prezident Niinisto
Putin hədələsə də, Finlandiya geri çəkilmədi: "Güzgüyə baxın" - Prezident Niinisto

Finlandiyanın prezidenti və baş naziri Rusiyanın təcavüzü etiraz olaraq ölkənin NATO-ya üzv olmaq üçün ərizə verməli olduğunu bildirib.

Bizimyol.info xəbər verir ki, bu barədə "DailyMail" məlumat verib.

Şimal ölkəsində siyasət dəyişikliyi bu gün elan edilib. Əsasən Rusiya ilə Qərb arasında tez-tez vasitəçi kimi xidmət edən Finlandiya prezidenti Sauli Niinisto və baş nazir Sanna Marinin birgə bəyanatla çıxış ediblər. Xüsusi komitə Finlandiyanın NATO-ya üzvlük təklifi ilə bağlı qərarını bazar günü elan edəcək, baxmayaraq ki, ölkənin rəsmi olaraq pakta qəbul edilməsi oktyabr ayına qədər çəkə bilər.

Finlandiyada Niinistodan üzv olmaq istəyənləri "məhv etmək" və "ən arzuolunmaz nəticələrə məruz qoymaq" ilə bağlı qorxulu təhdidlər edən Rusiyaya nə deyəcəyini soruşduqda, Niinisto Rusiyaya müraciətlə belə cavab verib: "Bunun səbəbini özünüzdə axtarın, bunu siz özünüz istədiniz. Güzgüyə baxın”. Bununla da prezident NATO-ya üzv olmaqla məhz Rusiyadan qorunmaq istədiklərini dilə gətirib.

Bu dramatik addım, Boris Consonun Helsinki və İsveç ilə təhlükəsizlik paktları imzalamasından bir gün sonra baş verib və bu, Rusiyanın hücumuna məruz qalacağı təqdirdə Britaniyanın onlara kömək edəcəyinə dair söz verməsinin ardından baş verib. "İndi qərarın qəbulu anı yaxınlaşdığına görə biz parlament qruplarına və partiyalara məlumat vermək üçün bərabər fikirlərimizi bildiririk",- deyə ölkənin rəhbər şəxsləri bildiriblər.

"NATO-ya üzvlük Finlandiyanın təhlükəsizliyini gücləndirəcək. NATO üzvü kimi Finlandiya bütün müdafiə birliklərini gücləndirəcək. Bunun üçün də Finlandiya gecikmədən NATO-ya üzvlük üçün müraciət etməlidir. Ümid edirik ki, bu qərarı vermək üçün hələ də lazım olan milli addımlar yaxın bir neçə gün ərzində sürətlə atılacaq",- deyə baş nazir qeyd edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »