Kiçik Ferdinand Marcos Filippində keçirilən prezident seçkilərində qalib gəldiyini elan edir və "bütün Filippinlilər üçün" lider olmağa söz verir.
Bizimyol.info xəbər verir ki, bu barədə "aljazeera" məlumat verib.
Bildirilir ki, Birləşmiş Ştatlar və Çin, ölkənin keçmiş diktatorunun oğlu - kiçik Ferdinand Markosu qələbəsini elan etdikdən və “bütün filippinlilər üçün” lider olmağa söz verdikdən sonra, Filippində prezident seçkilərində qalib gəlməsini alqışladılar.
ABŞ prezidenti Co Biden telefon danışığında Markosu təbrik edib. Ağ Ev cümə axşamı günü verdiyi açıqlamada, Vaşinqtonun uzunmüddətli müqavilə müttəfiqi Filippin ilə əlaqələri gücləndirməyə davam etmək üçün seçilmiş prezidentlə işləməyi səbirsizliklə gözlədiyini vurğulayıb.
Bayden deyib ki, o, "COVID-19" pandemiyası, iqlim böhranı, iqtisadi artım və insan hüquqlarına hörmət də daxil olmaqla geniş spektrli məsələlər üzrə ikitərəfli əməkdaşlığı genişləndirmək istəyir.
Çinin Filippindəki səfiri Huanq Xilian da Çin prezidenti Si Tsinpinin adından kiçik Markosa təbrik mesajı göndərərək, Pekinin növbəti Filippin hökuməti ilə əməkdaşlığı təkmilləşdirməyi səbirsizliklə gözlədiyini bildirib.
"Markosun Filippinlə bağlı baxışı və müxtəlif maneələrdən keçmək üçün müdrikliyi ilə əminəm ki, növbəti administrasiya idarəetməsi altında Filippin şübhəsiz ki, bütün çətinliklərin öhdəsindən gəlmək, pandemiyadan sağalmaq və inkişaf üçün görünməmiş birlik nümayiş etdirəcək", - dedi Huang "Facebook"da qeyd edib.
O əlavə edib ki, Pekin “Hərtərəfli Strateji Əməkdaşlıq Münasibətlərimizi yeni zirvəyə yüksəltmək üçün növbəti Filippin hökuməti ilə işləməyi səbirsizliklə gözləyir”.
Qadir, Bizimyol.info