Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukraynadan sürpriz qərar: Rusiya qazının Avropaya tranzitini dayandıracaq
Ukraynadan sürpriz qərar: Rusiya qazının Avropaya tranzitini dayandıracaq

Rusiyanın Ukraynaya təcavüzü ilə başlayan müharibə ölkənin hər yerində can almaqda davam edir.

Bizimyol.info xəbər verir ki, fevralın 24-ü səhər saatlarında başlayan hücumdan sonra ABŞ və Aİ ölkələri Rusiyaya qarşı sanksiyalar tətbiq etmək qərarına gəlib və Ukraynaya silah yardımı etməyə başlayıb. Bunun üzərinə Rusiya prezidenti Putin “Dost olmayan ölkələrə qaz satarkən Rusiya rublunun istifadəsinə keçməyi planlaşdırırıq” sözləri ilə təbii qaz satışında yeni dövrü rəsmən açıqlayıb.

Rusiyanın hücumu ilə başlayan müharibə bütün sürətlə davam edərkən, Ukrayna tərəfindən Avropada zəlzələ effekti yaradan bir addım atılıb. Belə ki, Ukrayna Rusiya qazının Avropaya tranzitini dayandırmaq qərarına gəlib.

“New York Times” qəzetindəki xəbərə görə, Rusiya qaz qurğularında texniki proseslərə müdaxilə etdiyi və “sabitliyi” təhlükə altına atdığı üçün bu gündən etibarən Ukrayna Qaz Tranzit Sistemi Operatoru Rusiya qazının giriş nöqtəsində qəbulunu dayandıracağını açıqlayıb. Şirkət bildirib ki, Ukraynadan keçən qazın təxminən üçdə birini bağlaya bilər.

Bu açıqlamadan sonra Rusiya qazından asılı olan Aİ təşvişə düşüb. Şirkət qazın başqa tranzit məntəqəsinə ötürülməsi ehtimalının olduğunu bildirib. Daxil olan məlumatlarda bildirilir ki, Avropa ölkələri bu ehtimalı reallaşdırmaq üçün artıq hərəkətə keçib. Müharibə Rusiyanın Polşa və Bolqarıstana qaz axınını dayandırmaq qərarı ilə gərgin olan bazarları böyük qaz arteriyasının kəsilməsi perspektivi daha da sarsıdıb.

Britaniyanın "Express" qəzetində yer alan xəbərə görə, Salzburq yaxınlığındakı Haidach qaz anbarının demək olar ki, boş olduğu bildirilir. Bundan əlavə Bavariyanın İqtisadiyyat naziri Aivanger bu yaxınlarda xəbərdarlıq etmişdi ki, Almaniya dövləti qışdan əvvəl təcili olaraq öz imkanlarını artırmalıdır.

Qeyd edək ki, Rusiya qoşunları həftələrdir ki, Ukraynanın şərqində kəmərin keçdiyi əraziləri zəbt edir. Xatırladaq ki, Putinin imzaladığı fərmanla ötən həftələrdə “dost olmayan ölkələr” siyahısı rəsmiləşdi. Rusiya hökumətinin dərc etdiyi siyahıya ABŞ və bütün Aİ ölkələri daxil edilib. Ukrayna, Monteneqro, İsveçrə, Albaniya, Andorra, İslandiya, Lixtenşteyn, Monako, Norveç, San Marino, Şimali Makedoniya, həmçinin Yaponiya, Cənubi Koreya, Avstraliya, Mikroneziya, Yeni Zelandiya, Sinqapur və Tayvan da siyahıda yer alıb.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »