Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Azov” komandiri: "Biz təslim ola bilmərik"
“Azov” komandiri: "Biz təslim ola bilmərik"

"Azov" alayının kəşfiyyat şöbəsinin zabiti İlya Samoylenko bildirib ki, onun bölməsi ruslara təslim ola bilməz, çünki onlara Mariupolda "Azovstal"ın müdafiəsini saxlamaq əmri verilib və hərbçi ona verilən əmr digər bir əmrlə dayandırılmayınca onu poza bilməz.

Bizimyol.info xəbər verir ki, o, bu barədə "Sky News"a müsahibəsində bildirib.

"Biz təslim ola bilmərik, çünki təslim olmaq əmrimiz yoxdur. Biz qabaqcadan verilən əmri pozmayacağıq. Bu, çox vacibdir. Peşəkar hərbçi ona verilən əmrləri poza bilməz, əks halda hərbi qulluqcu cinayət məsuliyyəti daşıyır. Biz əmrlərə ciddi əməl edirik. Verilmiş əmri yalnız bizdən yüksək ranqlı komadirlər dayandıra bilər. Lakin hazırda mühasirədə olduğumuza görə, o komandirlərin buraya gəlmək etimalı azdır və biz də bu səbəbdən aldığımız əmrə uyğun hərəkət edirik",- deyə o qeyd edib.

Bundan əlavə, Samoylenko xatırladıb ki, onun bölməsi Rusiyada terror təşkilatı kimi tanınıb. Beləliklə, o və qardaşları həbs olunmaq təhlükəsi ilə üzləşəcəkdilər. O əlavə edib ki, bütün müdafiəçilər işğalçıların 25 mindən çox insanı öldürdüyü Mariupolda Rusiya cinayətlərinin şahidləridir, ona görə də Kreml onları sağ buraxmaqda maraqlı deyil: "Əsirlik bizim üçün ölüm deməkdir", - deyə o qeyd edib.

Samoylenko qeyd edib ki, hər gün onlar üçün sonuncu ola bilər, bununla belə, o, həyatı haqqında düşünmür, çünki “onun həyatı önəmli deyil”, amma müharibə uduzulsa, Ukrayna üçün fəsadlar fəlakətli ola bilər.

Qeyd edək ki, mayın 10-da ukraynalı əsgərlərin “Azovstal”dan xilas edilməsi üçün “Mariupolu xilas et” petisiyasında artıq 4 gün ərzində bir milyondan çox imza toplanıb. BMT-yə ünvanlanmış bu petisiya Mariupoldan bütün mülki əhalinin və hərbçilərin dərhal təxliyəsini, həmçinin ölənlərin cəsədlərinin çıxarılmasını tələb edir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »