Artıq iki ildən çoxdur ki, pandemiya səbəbilə Azərbaycanın quru sərhədləri bağlıdır. Yəni quru sərhədlərin müəyyən istisnalar olmaqla keçmək mümkündür. Artıq demək olar ki, bütün ölkələrdə karantin rejimi yumşaldılıb. PCR testlər, hətta vaksin sertifikatları belə ləğv edilir. Yollar açılır, həyat yenidən bərpa edilməyə başlayır. Azərbaycanda isə, maska taxılması ilə bağlı qərar isə, hələ may ayının 1-dən qüvvəyə minib. Yəni quru sərhədlərinin açılması barədə məsələ hələ də müzakirə edilmir. Onu da qeyd edək ki, Nazirlər Kabinetinin növbəti qərarı ilə pandemiya ilə əlaqədar karantin rejimi iyul ayının birinə qədər uzadılıb.
Azərbaycanda quru sərhədləri nə zaman açılacaq?
“Quru sərhədlərinin açılması hər zaman aktual olub. Pandmeiya qaydaları ttəbiq olunmağa başlayandan hər zaman dilə gətirilib. Sadəcə olaraq əvvəllər insanlar bu problemi anlayışla qəbul edirdilər. Çünki pandemiyanın çox kəskin şəkildə yayılması ölkə əhalisini müəyyən təhlükə altına qoya bilirdi ki bunu da insanlar başa düşürdü. Və bu məsələyə dözümlü yanaşaraq, dövlətə dəstək olurdular”.
Bu barədə Bizimyol.info xəbər portalına Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov danışıb. Onun sözlərinə görə, keçən ildən etibarən, pandemiyanın sakitləşdiyi, azaldığı bir dönəmdə artıq sərhədlər tam açılmasa da bəzi dövlətlər arasında qismən açılmağa başladı: “Məsələn, Azərbaycanla Gürcüstan, Rusiya ilə Azərbaycan arasıdna sərhədlər qismən açıldı. Yəni Azərbaycanda olan Rusiya vətəndaşları Rusiyaya, Rusiyada olan Azərbaycan vətəndşaları da Azərbaycana rahat şəkildə gəlməyə başladı. Bu, müəyyən qrafik və razılaşma şərtilə onların ölkəyə girişinə şərait yaradılırdı. Məsələn, həftənin müəyyən bir günü açılırdı, konkret siyahı əsasında insanlar ölkəyə daxil ola bilirdi. Sonradan bu qayda bir qədər də yumşaldıldı. Belə ki, Rusiyaya getmək istəyən Azərbaycan vətəndaşları qismən Operativ Qərargahdan razılaşdırmaqla gedə bilirdilər”.

Hələlik quru sərhədlərinin tam açılmasında söhbət getmir. Ekspert bildirir ki, bu gün karantin müddətinin iyul ayının 1-nə qədər uzadılması ilə bağlı Nazirlər Kabinetinin qərarı var. Ehtimal oluna bilər ki, bu müddəti gözləmədən quru sərhədlərinin açılmasında bir qədər də yumşalma tətbiq olunsun. Gediş-gəliş üçün əlavə imkanlar yaradılsın.
“İstənilən halda hələ qüvvədə olan qayda ondan ibarətdir ki, karantin rejimində hələ ki, quru sərhədləri bağlı olacaq”,- deyə ekspert bildirib.
Azə Allahverənovun sözlərinə görə, quru sərhədlərinin açılması Azərbaycanla miqrasiya mübadiləsi yüksək olan dövlətlər arasında miqrasiya templərinin, dinamikasının artmasına gətirib çıxaran bir haldır: “Çünki bizə daxil olan müraciətlərdən bəlli olur ki, bu gü istər Rusiyaya getmək, istərsə də Rusiyadan Azərbaycana gəlmək istəyən kifayət qədər çox şəxs var. Onlar arasıdna Azərbaycan vətəndaşları da var, Rusiya Federasiyası vətəndaşlaır var. İstənilən halda quru sərhədlərinin açılmasını gözləyən minlərlə insan var”.
Ekspert hesab edir ki, sərhədlərin açılması dərhal iki tərəfli axının baş verməsinə səbəb olan bir hala çevriləcək. Eynilə də Azərbaycanla Gürcüstan arasında da miqrasiya templəri yüksələn xətt üzrə inkişaf edəcək ki, bu da iki dövlət arasında miqrasiya mübadiləsini intensiv hal almasına gətirib çıxara bilər. Eyni zamanda bu tək miqrasiya proseslərində iştirak edən insanların sayında artımın yox, həm də ölkə ərazisində konkret zaman kəsimində kifayət qədər çox sayda miqrantın olmasına səbəb olan bir haldır.
“Məsələn əgər hazırda ölkə ərazisində olan miqrantların sayı 100 min civarındadırsa, miqrasiya mübadiləsi intensiv olan dövlətlərdən miqrant axınının ölkə ərazisinə gəlməsi quru sərhədlərinin açılması nəticəsində bu halı bir neçə dəfə artıra bilər. Şübhəsiz ki, bizim aidiyyatı sturukturlar mövcud vəziyyəti təhlil etməli və real vəziyyəti dəyərləndirərək, bununla bağlı qərar verməlidirlər. Kifayət qədər aktual, kifayət qədər bir çox insanın marağına səbəb olan bir məsələdir bu. Bu baxımdan hesab edirəm ki, dövlət həm pandemiya vəziyyətini dəyərləndirəcək, həm də ölkəyə gəlmək istəyən minlərlə Azərbaycan vətəndaşının maraqlarını nəzərə alacaq. Həm də Azərbaycana gəldikdən sonra miqrant kimi yaşayıb, əmək fəaliyyəti ilə məşğul olmaq istəyən insanların istəyini nəzərdən keçirəcək və bu yolla da onların ölkə iqtisadiyyatına fayda verməsi üçün şəraitin yaradılması ilə bağlı qərar verəcək” - deyə ekspert bildirib.
İlahin, Bizimyol.info