Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ Konqresi Ukraynaya 40 milyard dollar vəsaitin ayrılmasını təsdiqləyib
ABŞ Konqresi Ukraynaya 40 milyard dollar vəsaitin ayrılmasını təsdiqləyib

ABŞ Konqresinin Nümayəndələr Palatası çərşənbə axşamı Ukraynaya təxminən 40 milyard dollar məbləğində əlavə yardımın ayrılmasını nəzərdə tutan qanun layihəsini təsdiqləyib.

Bizimyol.info xəbər verir ki, Konqresin qərarı ABŞ qanunverici orqanının aşağı palatasının saytında yayımlanıb.

368 konqresmen təşəbbüsün lehinə, 57-si əleyhinə səs verib. Qanun layihəsi indi baxılmaq üçün Senata göndəriləcək. Senatın Demokratik Çoxluğun lideri Chuck Schumer əvvəllər təşəbbüslə bağlı səsverməni mümkün qədər tez təşkil edəcəyinə söz vermişdi. Qərar yuxarı palata tərəfindən təsdiq olunarsa, o zaman, sənəd imzalanması üçün ABŞ prezidenti Co Baydenə göndəriləcək.

Sənəd Kiyevə hərbi, iqtisadi və humanitar yardım üçün vəsaitin ayrılmasını nəzərdə tutur. Xüsusilə, 6 milyard dollar silah və təhlükəsizlik yardımı üçün, 8,7 milyard dollar iqtisadi yardım göstərmək və Ukraynada ictimai xidmətlərin işini maliyyələşdirmək üçün, 5 milyard dollar Ukraynada və dünyanın digər ölkələrinə ukraynalı qaçqınlara dəstək olmaq üçün ərzaq yardımına 900 milyon dollar nəzərdə tutulub. Bundan əlavə, Avropadakı ABŞ qoşunlarının gücləndirilməsinə 3,9 milyard dollar ayrılacaq.

Ağ Ev bu təşəbbüsün Nümayəndələr Palatasının təsdiqini alqışlayıb: "Bu qanun layihəsinə daxil edilən əlavə resurslar bizə Ukraynaya artilleriya və zirehli texnika kimi daha çox silah, eləcə də döyüş sursatları göndərməyə imkan verəcək. Onlar həmçinin arsenallarımızı doldurmağa və NATO ölkələrinin başqalarının ərazisində ABŞ qoşunlarına dəstək verməyə kömək edəcəklər", - bəyanatda deyilir.

Əlavə maliyyə yardımı üçün Konqresə sorğu daha əvvəl ABŞ prezidenti Co Bayden tərəfindən göndərilmişdi. O, qanunvericiləri onu dərhal təsdiq etməyə çağırıb ki, o, yaxın günlərdə müvafiq qanun layihəsini imzalaya bilsin. Bayden xəbərdarlıq edib ki, əks halda Birləşmiş Ştatlar tezliklə Kiyevə yardımı dayandırmağa məcbur olacaq, çünki Konqresin əvvəlki resursları praktiki olaraq tükənib.

Bayden ilkin olaraq Kiyevə əlavə 33 milyard dollar yardım istəyib. Daha sonra Amerika mediası bu məbləğin Konqresdə 40 milyard dollara qədər artırıldığını yazıb. Xüsusən də hərbi texnika və ərzaq yardımı təminatı üçün daha çox vəsaitin ayrılması təklif edilib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »