Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kəşfiyyat Mərkəzinin direktoru casus proqrama görə işdən çıxarılıb
Kəşfiyyat Mərkəzinin direktoru casus proqrama görə işdən çıxarılıb

İspaniya Milli Kəşfiyyat Mərkəzinin direktoru Paz Esteban krallıq hökumətinin qərarı ilə vəzifəsindən azad edilib.

Bizimyol.info xəbər verir ki, bu barədə "El Pais" mənbələrə istinadən məlumat verib.

Nəşrin məlumatına görə, qərar "Pegasus" casus proqramından istifadə edərək bir çox ispan məmurunun telefonlarının sındırılması ilə bağlı qalmaqal fonunda qəbul edilib.

Müdafiə naziri Marqarita Robles Nazirlər Şurasının iclasından sonra mətbuat konfransında çıxış edərək qərarı elan edib, eyni zamanda İspaniya kəşfiyyatının, xüsusən də terrorizmə qarşı mübarizəsində "böyük beynəlxalq nüfuzunu" müdafiə edib. Robles çox ciddi jestlə Estebanın işini tərifləyib: “İspaniyada və bütün dünya ölkələrində iş zamanı uğursuzluqlar da ola bilər. Buna görə heç vaxt diqqətimizi əsas məsələlərdən yayındırmamalı, xidmət keyfiyyətini aşağı salmamalı və mərkəzin hər gün ən yüksək effektivliklə mübarizə aparması çox vacibdir. MKM gücləndirmək və irəliyə doğru addım atmaq, onu müasirləşdirmək lazımdır”,- deyə nazir işdən çıxarılmanın niyə baş verdiyi barədə danışarkən qeyd edib.

"El Pais" qeyd etdiyi kimi, səlahiyyətlilərin Estebanı işdən çıxarmaq qərarı "Pegasus" ətrafındakı böhranın həlli üçün qapı açır, çünki kəşfiyyat rəhbəri bütün yükü öz üzərinə götürəcək. Və onun gedişi müxalifətin təkid etdiyi kimi İspaniya Müdafiə Nazirliyi rəhbərliyinin istefaya göndərilməsi tələbinin qarşısını almaq üçün mühüm amil olacaq. Artıq məsuliyyəti üzərinə götürmüş və buna görə cəzalandırılmış vəzifəli şəxs var və həm də o, bu sahəyə nəzarət baxımından ən yüksək ranqlı məmur hesab olunur.

Qalmaqalın özü Kataloniyanın müstəqilliyi tərəfdarlarının 60-dan çoxunun telefonlarında casus proqramların tapıldığı və zərərçəkmişlərin krallıq hökumətini ittiham etdikləri materialların mediada görünməsindən sonra alovlanıb. Müxalifər hadisəyə kəskin reaksiya nümaiş etdirib.

Qeyd edək ki, "Pegasus" sizə hədəfin telefonlarının məzmununa daxil olmaq, həmçinin onlara casusluq etmək imkanı verir. Eyni zamanda, İspaniya hakimiyyəti proqramın qurbanları arasında təkcə müxalif siyasətçilərin olmadığını qeyd edib.

Bundan əvvəl İspaniyanın baş naziri Pedro Sançesin və krallığın Müdafiə Nazirliyinin rəhbəri Marqarita Roblesin mobil telefonlarının casus proqramlar vasitəsilə sındırıldığı barədə məlumat yayılmışdı.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »