Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Azərbaycanda bir neçə yüz manata olan ən brend içkilərin də saxtası var"
"Azərbaycanda bir neçə yüz manata olan ən brend içkilərin də saxtası var"

İranın Hörmüzqan vilayətində 75 nəfər saxta spirtli içkidən zəhərlənib. Məlumata görə, vilayətin mərkəzi şəhəri Bəndər Abbasda zəhərlənənlərdən 10 nəfər həyatını itirib. Ölənlərdən biri qadındır və hazırda 4 nəfərin vəziyyəti ağırdır. Azərbaycanda da saxta spirtli içki istehsalı varmı? Zəhərlənmələr baş verirmi?

“İranda spirtli içkilərdən insanların zəhərlənməsi, ümumiyyətlə spirtli içkilərin mövcudluğu insanı düşündürür. Orada spirtli içkilər qadağan olsa da, belə halların baş verməsi çox təəssüf doğurur. Azərbaycan da müsəlman ölkəsidir. Azərbaycanda da spirtli içkilər minimum olmalı və yaxud heç olmamalıdır. Çünki dinimiz bunu qadağan edir.

Biz xarici qonaqlar gəldiyi zaman fəxrlə deyə bilirik ki, “siz küçədə bir nəfər də olsun, sərxoş adama rast gələ bilməzsiniz”, Azərbaycan sabitlik, rahatlıq olan bir ölkədir. Çox təəssüflər olsun ki, bazar iqtisadiyyatı , bazar qanunları tələb edir ki, hər mal hardan olsa, satılsın. Azərbaycanda da saxta spirtli içkilər mövcuddur”.

Bu barədə Bizimyol.info xəbər portalına açıqlamasında “Azad İstehlakçılar” Birliyinin sədri Eyyub Hüseynov danışıb. O, qeyd edib ki, bir neçə il öncə, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi araşdırma aparmış və nəticələrini ictimaiyyətə təqdim etmişdi. Araşdırma zamanı müəyyən edilmişdi ki, ən bahalı, hətta litri bir neçə yüz manata olan ən brend içkilərin də saxtası Azərbaycanda var. Ən brend mağazalarda, restoranlarda satılır.

Eyyub Hüseynov Eyyub Hüseynov

“Adını çəkdiyim qurumun bu tədqiqatından başqa, heç bir dövlət qurumlarının bu mövzuda heç bir təşəbbüsünü görmədik. Təəssüf olsun ki, bu cür məsələlər Azərbaycanda epizodik olur və davamlı deyil. DİN-in apardığı iş hər şeyi sübut etdi.

Əhali bilməldir ki, saxta spirtli içkilərin bir hissəsi bizə qonşu ölkələrdən, xüsusilə Dağıstandan gətirilir. Spirtli içkilər aksiz markası ilə markalanan içkilərdir. Saxta spirtli içkilərin üzərində ya aksiz markası olmur, ya da saxta aksiz markası olur ki, onu fərqləndirmək mümkün olmur.

Azərbaycanın özündə də restoran və kafelərdən qablar yığılır. Onlara naməlum mayelərdən ibarət içkilər əlavə olunur. Yəni şüşələr saxlanılır, ətraf mühitə atılmır. DİN-in apardığı tədqiqatda da bu belə formada izah edilirdi” - deyə ekspert bildirib. Onun sözlərinə görə, həmin şüşələr müxtəlif mayelərlə doldurularaq, spirtli içki deyə satılaraq əhali aldadılır. Ekspert bildirib ki, Azərbaycanda da saxta spirtli içkilərdən zəhərlənmələr var.

“Amma Təsəsüflər olsun ki, AQTA bazarın bu seqmentinə heç də diqqətlə yanaşmır. Biz ardıcıl olaraq bu məsələnin kökünün kəsilməsi barədə AQTA-nın heç bir ardıcıl işini görümürük. Burada digər dövlət qurumları, o cümlədən haqsız rəqabət mühitinin yaradılması ilə bağlı, istehlakçı hüquqlarını pozmaqla digər bazar subyektlərinin hüquqlarının pozulmaısna nəzarət edən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və Bazara Nəzarət Dövlət xidmətinin heç bir effektli işini görümürük. Səbəb isə bundan ibarətdir ki, dövlət biznes qurumları üçün rahat şərait yaradır. Onlara sanki “toxunulmazlıq” statusu verilib. Heç bir dövlət orqanı gedib məsələni araşdırmır. Bir tək DİN, əhalinin sağlamlığı naminə bazara nəzarət edir” - deyən Eyyub Hüseynov bildirir ki, burada əhalinin də passivliyi böyük rol oynayır. Çünki belə saxta içkilər kiminsə gözü qarşısında, kiminsə qonşuluğunda hansısa bələdiyyənin ərazisində, hansısa sahə müvəkkilinin bildiyi bir yerdə istehsal olunur: “Təəssüflər olsun cəmiyyətin bu məsələyə reaksiyası həddən artıq zəifdir”.

Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizlik Agentliyinə və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və Bazara Nəzarət Dövlət Xidmətinə sorğu ünvanlamışıq. Cavablandırıldığı təqdirdə, sizinlə bölüşəcəyik.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »