Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bu kurqanın 4 min il yaşı var və artıq qazılmışdı" - Video
"Bu kurqanın 4 min il yaşı var və artıq qazılmışdı" - Video

Abşeronda Türkan qəsəbəsində “Kurqan çölü” deyilən bir ərazi vardı. Tarixi mənbələrə görə, buradakı kurqanlar eraməzdan əvvəl II- III minilliyə aiddir. Kurqanların yaxınlığında isə, daş karxanaları fəaliyyət göstərir. "Kurqan çölü" dövlət tərəfindən qorunan abidələr sırasında olsa da, artıq bir çox abidələr məhv olub.

Tədqiqatçı Faiq Nəsib Bizimyol.info xəbər portalına müsahibəsində bildirib ki, bu kurqanlar Türkan, Qala, Gürgən, Dübəndi ərazilərində tapılıb. Kurqan Türk sözüdür, qurağan sözündən alınıb. Bu, məzar üzərində qurulan bir abidədir.

“Memarlar bunu çox zaman memarlıq abidəsi kimi deyil, arixoloji abidə kimi qəbul edilir. Bu kurqanlar, Türkan ərazisində daha çoxdur. Həmin ərazidə onlarla kurqan vardı. Çox təəssüf ki, həmin kurqanlar məhv edildi. Torpaqlar əhaliyə paylandı və qalan hissəsi də daş karxanaları tərəfindən məhv edildi”.

F.Nəsibov bildirir ki, həmin ərazidə çox sayda kurqanların olması sübut edirdi ki, bu ərazilərdə dəfn mərasimləri keçirilirmiş. Ancaq həmin kurqanlardan heç bir əsər-əlamət qalmayıb.

“Mən “qara arxeoloq” deyiləm, yəni özbaşına qazıb nəsə axtarmıram. Bu kurqanı tapdığım zaman Arxeologiya İnstitutuna müraciət etdim və oradan arxeoloq İdris Əliyevlə birlikdə çalışmağa başladıq. Bu kurqanın 4 min il yaşı var və artıq qazılmışdı. Yəni orada maddi heç nə yox idi” - deyə Nəsibov bildirib.

Nəsibov qeyd edir ki, Kurqanlar 2003-cü ildə aşkarlanıb və Tunc dövrünə aiddir. Tədqiqatçı qeyd edir ki, həmin kurqanların yaxınlığında daş yollar keçirdi. Bu yollar, “araba yolları” hesab edilirdi. Nəsibov bildirib ki, bu araba yolları haqqında A.Bakıxanov öz əsərlərində yazıb. Həmin əsərlərdə bu daş yollardan Bilgəh, Nardaran və digər Bakı kəndlərində də olub.

Tədqiqatçı vurğulayıb ki, bu daş yollardan Maltada da var və onlar üzərində də araşdırmalara aparılır. Maltada bu yollar dənizə qədər uzanır. Maltada bu yollara 5-7 min il tarix qoyulub. Nəsibov bidlirir ki, bu yollardan bir qismi Qız Qalasının yanından keçərək, Nargin adasına qədər uzanırmış: “Son 20 ildə məsələ ilə bağlı müraciət etmədiyim rəsmi dövlət qurumu qalmadı. Lakin bütün müraciətlər son nəticədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə yollanır. Bu qurum isə tarixi abidələrimizə düşmənçiliyə bərabər olan biganə münasibəti ilə ermənilərdən qat-qat çox abidəmizi məhv edib. Xidmətin fəaliyyətsizliyi nəticəsində 5 min ildən çox yaşı olan abidələrimiz gözümüz qabağında dağıdılır. Daş yollar, kurqanlar Abşeronda tunc dövründən qalmış unikal və bərpa olunmayan abidələrdəndi. Ermənistan ərazisində yerləşən analoji abidələr erməniləşdirilir və təbliğ olunur. Biz isə ərazini abidələrlə birlikdə qazıb zibil poliqonuna çeviririk. Abidənin yerini belə tanımayan Dövlət Xidmətin nümayəndələri, televiziya ekranından yayımlar edərək UNESCO-dan gözəl sözlər danışır və şablon vədlər verir”.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə sorğu göndərmişik. Cavablandırıldığı təqdirdə qurumun mövqeyini sizinlə paylaşacağıq.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »