Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bolqarıstan Avropa İttifaqını sanksiyaları bloklamaqla hədələyir
Bolqarıstan Avropa İttifaqını sanksiyaları bloklamaqla hədələyir

Bolqarıstan Rusiya neftinin alınması ilə bağlı istisna edilmədiyi təqdirdə Avropa İttifaqının Rusiyaya qarşı yeni sanksiyalar paketini bloklayacağı hədələyib.

Bizimyol.info "Euractiv"ə istinadən xəbər verir ki, bunu bazar günü Bolqarıstanın baş nazirinin müavini Assen Vasilyev deyib.

Bazar günü Aİ hökumətləri Rusiyanın Ukraynaya müdaxiləsinə görə ona qarşı sərt sanksiyaları razılaşdırmağa yaxınlaşıb. Eyni zamanda, bu gün Rusiya Federasiyasından ən çox asılı olan ölkələri neftlə təmin etmək yollarını hazırlamaq üçün əlavə danışıqlar aparılacaq.

"Danışıqlar sabah, çərşənbə axşamı da davam edəcək və onları başa çatdırmaq üçün liderlərin görüşü tələb oluna bilər. Bizim mövqeyimiz çox aydındır. Bəzi ölkələr üçün istisna olarsa, biz də bunu almaq istəyirik. Əks halda, biz bunu edəcəyik, sanksiyaları dəstəkləmirəm. Ancaq mən indiki danışıqlara əsaslanaraq bunun nə olacağını gözləmirəm”, - Vasilyev bildirib.

Sovet dövründən qalan boru kəmərləri ilə nəql edilən Rusiya neftindən böyük dərəcədə asılı olan, dənizə çıxışı olmayan Macarıstan, Slovakiya və Çexiya alternativ mənbələr əldə etməkdə çətinlik çəkir və onlar üçün neft embarqosunun götürülməsini istəyir. Bolqarıstan da bunun üçün istisna edilməsini tələb edir.

Xəbər verdiyimiz kimi, Avropa Komissiyasının sədri Ukraynaya təcavüzünə görə Rusiyaya qarşı altıncı sanksiya paketinin təfərrüatlarını təqdim edib. Bu da Rusiya Federasiyasından xam neftin nəqlinin altı ay ərzində, emal olunmuş məhsulların isə tədarükünün ilin sonuna qədər dayandırılmasını nəzərdə tutur.

Bundan sonra Macarıstanın baş naziri Viktor Orban Avropa Komissiyasına göndərdiyi məktubda Rusiya Federasiyasına qarşı yeni sanksiyalar paketini “tarixi səhv” adlandırıb. O, neft alışı qadağasından beş il müddətinə azad olmaq istədiyini söylədi.

"Bloomberg" mənbələrə istinadən xəbər verir ki, Avropa İttifaqı Macarıstan, Slovakiya və Çexiyaya Rusiya neftinin idxalını 2024-cü ilə qədər saxlamaq imkanı təklif etmək qərarına gəlib.

Xarici işlər naziri Dmitri Kuleba neft embarqosunun 2023-cü ilin sonuna və ya 2024-cü ilin sonuna qədər təxirə salınması təklifini səhv adlandırıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »