“Böyük Vətən Müharibəsimi”, yoxsa “II Dünya Müharibəsi”….? Uzun illər Sovet İttifaqının tərkibində yaşadığımız üçün 1941-1945-ci illər müharibəsində digər millətlərdən, xalqlardan çox itki versək də, hər zaman 9 may Qələbə bayramı təkcə Rusiyanın qələbəsi kimi təqdim edilməyə çalışılır.
Tarixçilərin fikrincə, bu müharibədə Azərbaycanlılar böyük şücaət göstərsələr də, bu müharibə Vətən müharibəsi deyil, 2-ci Dünya Müharibəsi idi. Vətən müharibəsi isə 2020-ci ildə Azərbaycan 30 ildə itirdiyi 20 faiz torpaqlarını geri alınması uğrunda aparılan müharibədir.
“2020-ci ilin sentyabr ayının 27-də Ermənistanın növbəti təxribatlarına cavab olaraq Azərbaycan dövləti geniş miqyaslı düşməni cəzalandırma və sülhə məcbur etmə əməliyyatı başladı. Bu əməliyyatların nəticəsi olaraq, 44 gün ərzində Azərbaycanın işğal altında olan torpaqları azad olundu. İşğalçılar Azərbaycan torpaqlarından qovulub, çıxarıldı və dövlət suverenliyimiz, ərazi bütövlüyümüz təmin edildi. Hər bir xalqın tarixində özünün azadlığı, ərazi bütövlüyü, dövlət suverenliyi rolunda apardığı mübariza, vətən müharibəsi mövcuddur. Azərbaycan nüstəqilliyi əldə etdikdən sonra Erməni işğalçılarına qarşı apardığı mübarizədə bir vətən müharibəsidir”.
Bu barədə Bizimyol.info xəbər portalına tarix üzrə fəlsəfə doktoru, politoloq Anar Əliyev danışıb. O, qeyd edib ki, məhz 2020-ci ilin sentyabr ayından başlanan mübarizə xalq-dövlət, xalq-ordu birliyini özündə əks etdirmək ilə Azərbaycan prezidenti cənab İlham Əliyevin dediyi kimi, hamının bir yumruq kimi birləşməsini özündə əks etdirməklə, 44 günlük vətən uğrunda olan döyüşlərimiz, vətən müharibəsinə çevrildi.

Tarixçi qeyd edir ki, bundan sonra həm tarix kitablarımızda, həm kütləvi informasiya vasitələrində 1939-cu ildə başlayan 1945-ci ildə başa çatan II dünya müharibəsi ilə bağlı, Böyük Vətən müharibəsi termindən diqqətlə istifadə olunmalıdır. Bu termin yalnız vətənin azadlığı ərazi bütövlüyü, dövlət suverenliyi uğrunda aparılan mübarizədir: “Və məhz 44 günlük müharibədə biz vətən müharibəsi gerçəkləşdirmiş olduq. 1939-45-ci illər arasında baş verən hadisələrin, müharibələrin, döyüşlərin miqyası, bu döyüşlərdə iştirak edən tərəflərdə təmsil olunan dövlətlərin sayı, eyni zamanda döyüşlərin əhatə etdiyi ərazilər, bu ərazilərin genişliyi, xüsusi ilə də itkilərin miqyası. Bunu hər hansı bir xalqın, hər hansı bir dövlətin miqyasından, hər hansı xalqın vətən müharibəsi ölkəsindən kənara çıxardır. Bu Böyük bir dünya müharibəsi idi. Milyonlarla insanın öldürüldüyü onlarla dövlətin əks cəphələrdə bir-birinə qarşı döyüşdüyü böyük miqyaslı bir döyüşlər idi. Bundan sonrada biz daim 1939-da başlamış və 1945-ci ildə Faşist Almaniya üzərində qələbə ilə yekunlaşan müharibəni II Dünya Müharibəsi kimi qeyd etməliyik”.
Tarixçinin sözlərinə görə, məhz 1939-da başlayan 2-ci Dünya Müharibəsinin 1941-ci ildə başlanan Almaniyanın SSRİ-yə qarşı hücumu ilə bu müharibənin 2-ci Dünya Müharibəsinin miqyasını, çərçivəsini kiçiltmə, bunu bir xalqın, bir dövlətin miqyasına salmağa çalışılan Sovet ideologiyasının saxta tarix yaratma cəhdləri artıq inkar edilməlidir. Bundan sonra tarixi hadisələrə, tarixi faklar həqiqət gözü ilə baxılma zamanı yetişib.
“Yəni artıq 1939-45-ci illər 2-ci Dünya Müharibəsinə hər hansı bir dövlətin müharibəsi kimi baxmaq və bunu belə ifadə etmək yanlış olardı. 1939-cu ildə Faşist Almaniyası tərəfindən başlatılan şəriətə və insanlığa qarşı ağır cinayətlərlə müşahidə olunan müharibə 2-ci Dünya Müharibəsidir. Tarixdə də bunun qiyməti belə verilibdir. 2020-ci ilin Sentyabr ayında başlanan müharibə isə Azərbaycanın bütövlüyü, ərazi toxunulmazlığı, dövlət suverenliyi uğrunda mübarizə idi. Bunun mahiyəti də Vətən müharibəsi mahiyətidir. Məhz bütün milliyətindən, dinindən, etnik mənsubiyyətindən aslı olmayaraq, sosyal mənsubiyyətindən aslı olmayaraq bütün insanların bir yumruq ətrafında və Cənab prezidentin ətrafında birləşərək vahid düşmənə qarşı mübarizə aparması bizim üçün ən böyük vətən müharibəsi məhz Qarabağ azadlığı üstündə aparılan 44 günlük vətən müharibədir” - deyə tarixçi qeyd edir.
Anar Əliyev bildirir ki, 273 ildən sonra Azərbaycan tarixində itirdiklərimizin geri qaytarılması prosesi baş verdi. Belə ki, 1747-ci ildə Nadir şahın ölümündən sonra Azərbaycan tarixində ötən 273 il dövr ərzindəAzərbaycan xalqı yalnız itirə-itirə gedib.
Torpaqlarını ayrı-ayrı işğalçılar müxtəlif dövrlərdə işğal edərək Azərbaycanı parçalamağa nail olublar. Amma məhz 2020-ci ilin sentyabr ayının 27-də Ali Baş Komandanımız Cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusu rəşadətli döyüş yolu keçərək Azərbaycanın itirilmiş torpaqlarını, onilliklərlə işğal altında qalan əraziləri, Beynəlxalq ictimaiyətin Azərbaycan xalqının bu işğal faktı ilə barışmaq məcburiyyəti ifadə etdiyi bir sitüasiyanı dəyişmək, yeni reallıqlar yaratmağa nail oldu.
“İtirdiklərimi geri qaytarmış olduq. Bundan sonra bütün tarix kitablarında Vətən müharibəsi kimi məhz Qarabağ uğrunda, ərazi bütövlüyü uğrunda apardığı 44 günlük vətən müharibəsi qeyd olunmalıdır. Bizim vətən uğrunda döyüşən qəhrəmanlarımız, vətən uğrunda şəhid olan qəhrəmanlarımız məhz Vətən müharibəsinin qəhrəmanlarıdır. 1939-45-ci illərdə Azərbaycan xalqı faşizm idealogiyası üzərində dünyanın apardığı mübarizəyə özünün çox böyük töhvəsini vermiş qəhrəman xalqlardan biridir. Məhz 2-ci Dünya Müharibəsinin qələbə ilə, faşizm üzərində qələbə ilə yekunlaşmasında Azərbaycan xalqının müstəsna xidmətləri eyni zamanda bu qələbənin əldə olunmasında əvəzsiz rolu olmuşdur. Bunu da unutmaq olmaz”,- deyə tarixçi bildirib.
İlahin, Bizimyol.info