Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Kiyevə qayıtmaq hələ tezdir"
"Kiyevə qayıtmaq hələ tezdir"

"Kiyevə geri qayıdan insanlar başa düşməlidir ki, təhlükə hələ də davam edir. Şəhərətrafı ərazilərdə bir çox meşələr və meşə zolaqları hələ də minalardan təmizlənməyib. Mülki əhalinin minaya düşərək həlak olması halları var".

Bizimyol.info xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko ümummilli telemarafonun efirində Kiyevə qayıtmağın niyə tez olduğu barədə fikirlərini deyib.

Vitali Kliçko Vitali Kliçko

"Paytaxtda nəzarət-buraxılış məntəqələrinin çoxluğunu, hərbi vəziyyət şəraitində fəaliyyət göstərən kommunal və şəhər xidmətlərinin gərgin əməyini də nəzərə almaq lazımdır. Buna görə də bir tövsiyəm var - geri qayıtmağa tələsməyin. Əgər güclü istək olarsa, mayın 9-dan sonra belə bir fürsət nəzərdən keçirilə bilər. Amma təbii ki, biz hər bir şəhər sakininin təhlükəsizliyini təmin edə bilmərik. Və bunu hamı başa düşməlidir. Çünki raket hücumları riski hələ də yüksək olaraq qalır”, - deyə o bildirib.

Kiyev regional hərbi administrasiyasının rəhbəri Oleksandr Pavlyuk: "Ehtimal həmişə qalır, çünki paytaxtı ələ keçirmədən Ukrayna üzərində heç vaxt tam qələbə olmayacaq. Ona görə də Rusiyanın planları Ukraynanı tamamilə məhv etmək olaraq qalırsa və bu həmişə belə olub və nə qədər ki, Rusiya bu istəyindən geri çəkilməyib, Ukraynanın ürəyi – Kiyevin daim atəş altında qalmaq təhlükəsi var”, - deyə bildirib.

O bildirib ki, hakimiyyət bu cür variantları istisna etmir, rusların hərəkətləri üçün müxtəlif mümkün ssenariləri hesablayır və hazırlayır.

"Kiyevə gələnlərin sayı azalıb. Bir ay əvvəl bu rəqəm 50 minə qədər idisə, indi 20 minə çatıb. Hər gün yeni ictimai nəqliyyat marşrutları tətbiq edilir, metro 10-15 dəqiqə intervalla işləyir. Hər stansiyada qatarların hərəkət cədvəli var”, - deyə Kiyev şəhər merliyinin məlumatında bildirilir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »