Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Yeniyetmələrin inthara əl atmasının əsas səbəbi uğursuz sevgidir"
"Yeniyetmələrin inthara əl atmasının əsas səbəbi uğursuz sevgidir"

Mayın 3-də Xətai rayonu ərazisində 17 yaşlı Xumar Babayeva özünü çoxmərtəbəli binanın 9-cu mərtəbəsindən ataraq intihar etdi. Yeniyetmə qızın intiharına səbəb kimi imtahanlarda az bal toplaması göstərilirdi. Ancaq Xumar Babayev imthanlarda mümkün 300 baldan 270 bal yığmışdı.

Ümumiyyətlə, 15-18 yaş yeniyetmələrin həyatında keçid dövrü hesab edilir. Yaşadıqları uğursuzluqlar, özünü təsdiq edə bilməmə və s. bu kimi hallar onların intiharı ilə nəticələnir. Burada ən böyük məsuliyyət isə, valideynlərin üzərinə düşür.

Psixoloq Ramin Hacıyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, yeniyetmələrin, tələbələr və abuturiyentlərin psixikası elədir ki, şəxsiyyətinin formalaşan dönəmində hərhansı bir uğursuzluqla üzləşən zaman hər şeyi düzgün qiymətləndirə bilmir. Bu səbəbdən də düzgün olmasa da, intihar yolu seçilir. İnsan həyat təcrübəsi toladıqdan sonra başa düşür ki, hərhansı uğursuzluqla üzləşdikdən sonra daha möhkəm olur. Və alternativlər tapa bilir. Məqsədlər olur.

Ramin Hacıyev Ramin Hacıyev

“Bu kimi hallar uşağın beyninə sırf təhsil aldığı dönəmdə aşılanmalıdır. Müəllim ancaq təhsil verməməlidir. Müəllim özündə də təşəbbüs, auditoriya ilə işləmək qabiliyyəti və niyyəti olmalıdır. Məsələn auditoriyada 20 uşaqdan, 40 uşaqdan ahmısı düzgün cavab verməyə bilər. Bu kimi hallar mümkündür. Amma uğursuz cavab verməyənlər də dərs almalıdır. Onlara başa salınmalıdır ki, bu son deyil, dünyanın axırı deyil. Hansısa bir halda insan yenidən imtaha qatıla bilər. Bu il olmasın növbəti il olsun, həmin imtahan yenidən qatılmaq mümkündür” - deyə psixoloq qeyd edib. Onun sözlərinə görə, “imtahandan öncəki həyəcan” faktoru var:

“Və hər bir valideyn uşağının psixikasını, davranış qaydalarını gözəl bilməlidir və bilir. Əgər uşaqda belə bir həssaslıq, daxildə həyəcan, imtahan qorxusu varsa, belə bir uğursuzluqla qarşılaşmamışdan öncə onu mütəxəssisin yanına aparmalıdr.Ola bilər ki, valideyn bu kimi mövzuda uşağına düzgün fikrilər verə bilmirsə, heç olmasa bunu mütəxəssis öz nöqteyi nəzərindən, peşəkar olaraq etmiş olsun ki, sonradan belə bir acınacaqlı nəticə ilə üzləşməsin. Burada psixoloqların rolu böyükdür. Sonradan belə faciəvi hadisə ilə qarşılaşmaqdansa, vaxtında qarşısını almaq lazımdır”.

Psixoloq həmçinin bildirib ki, yeniyetmələrdə həyat təcürbəsi çox az olduğu üçün problemlərin həllinin intihar yolu ilə seçilməsinə daha çox meyilli olurlar.

“Uğursuz sevgi mövzusu əsas səbəblərdən biridir. Yeniyetmələrin inthara əl atmasının əsas səbəbi uğursuz sevgidir. Bu da təcrübəsizlikdən irəli gəlir. Çox zaman əsas mövzu imtahandan kəsilmə olmur. Əsas mövzu, uğursuzluqdur. İctimai qınaq bu məsələdə çox yüksək olduğu üçün yeniyetmə bu məsələri beynində təhlil edib düzgün çıxış yolu tapa bilmir deyə bu yolu seçir. Bir daha özünə şans versin, revanş götürsün, təkrar hazırlaşsın, təkrar imtahan qatılsın və s. bu barədə düşünə bilmir. Burada uşağın həm ailənin, həm də çevrəsinin dəstəyinə ehtiyacı var. Yeniyetmələrə uğursuzluqda ruhdan düşməmək üçün hər şey düzgün şəkildə izah edilməlidir” - deyə psixoloq bildirib.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »