Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycançılığın təbliği dünyada necə aparılır?
Azərbaycançılığın təbliği dünyada necə aparılır?

Azrərbaycançılıq məfkurəsi, Azərbaycançılığın dünyada təbliği... Bu gün Azərbaycandan kənarda yaşayan hər bir azərbaycanlı fəxrlə və qürurlu şəkildə “mən azərbaycanlıyam deyə bilir”. Çünki artıq dövrün nizamı dəyişib. Çünki artıq bir əzilən, xor görülən, torpaqlarının 20 faizindən çox hissəsi işğal altında olan bir ölkə deyilik. Biz qalib ölkənin vətəndaşlarıyıq.

  • Bəs Azərbaycançılığın təbliği necə aparılır? Bu istiqamətdə görülən işlər qaneedicidirmi?

Politoloq Turan Rzayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bütün sahələrdə olduğu kimi Azərbaycançılığın təbliği sahəsində də müəyyən problemlər var. Amma bu problemin aradan qaldırılması üçün mühim addımlar atılır.

“Dünyanın müxtəlif ölkələrində səfriliklərin, diaspor təşkilatlarının və lobbi fəaliyyətlərinin iştirakı ilə fərqli tədbirlər keçirilir. Bu istər dünya azərbaycanlıları arasında azərbaycançılıq ideyalarının aşılanması və daim aktiv saxlanılması istiqamətində həyata keçirilir. Prezident İlham Əliyev ikinci prezidentlik müddətindən sonrakı dövr olduqca önəmlidir. Məsələ ondan ibarətdir ki, Azərbaycanın haqq səsinin dünyaya tanıdılması, işğal faktının dünyaya çatdırılması, azərbaycançılıq ideyalarının daim aktiv saxlanılması dövlətin başlıca prioriteti olmuşdur. Bu, ümumilikdə Azərbaycanın xarici siyasətinin bir parçasıdır. Biz xalq olaarq azərbaycançılığı ölkə daxilində və xaricində tanıda bilməsəydik, nə işğal faktına son qoya bilərdik, nə də birlik və bərabərlik nümayiş etdirə bilməzdik.

44 günlük nəinki Azərbaycan, eyni zamanda ölkə xaricində yaşayan Azərbaycan əsilli vətəndaşların fəaliyyəti göstərdi ki, onlarda Azərbaycançılıq ideyası nə dərəcədə yüksəkdir” - deyən politoloq bidlrir ki, Azərbaycançılıq ideyasının müəllifi Heydər Əliyevdir və onun başlatdığı siyasəti bu gün İlham Əliyev davam etdirir.

Politoloqun sözlərinə görə, təkcə Azərbaycançılıq deyil, burada yaşayan etnik millətlər, din, dil, irq, cins ayrımı etmədən vahid bir dövlət altında yaşamaq təbliğ edilir. Bu, xaricdə yaşayan azərbaycanlılara da aiddir. Təbii ki, etnik və kimliklərinin saxlanılması mənsub olduqları ölkə ilə bağlarının qoparılmaması istiqamətində addımlar atılır: “Bir müddət əvvəl Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində təşkil edilən Dünya Azərbaycanlılarının V qurultayı - Zəfər Qurultayına ermənilər narahatlıqla baxırdı. Çünki dünya azərbaycanlıları bir araya gəlirdi. Müstəqilliyimizin hazırkı mərhələsinə qədər atılan addımların bəhrəsini gördülər. Dünya azərbaycanlıları vahid şəkildə əldə edilən 44 günlük müharibədə qələbəni Şuşa şəhərində qeyd etdilər”.

Turan Rzayev qeyd edib ki, Şuşada keçirilən qurultay istər Azərbaycançılıq, istər Azərbaycanın xarici siyasəti baxımından ən yeni tariximizin başlanğıcı ola biləcək bir hadisə idi.

Deputat Arzu Nağıyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycançılığın təbliğatı bir neçə istiqamətdə aparılır.

Arzu Nağıyev Arzu Nağıyev

“Diplomatik səviyyədə, diasporla iş istiqamətində müəyyən işlər görülür. Diasporun bu sahədə fəal olması üçün mütləq şəkildə Azərbaycan onlara dəstək olmalıdır. Bu istiqamətdə də son illərdə çox ciddi addımlar atılır. Bu, qanunvercilik səviyyəsində və parlamentlər səviyyəsində də özünü göstərir. Ən mühim məsələ informasiyanın çatdırılmasıdır” - deyən deputat vurğulayıb ki, Azərbaycançılığın təbliğatında diaspor təşkilatlarının formalaşması mühim əhəmiyyət kəsb edir. Onun fikrincə, bura Şuşada 55 ölkədən gəlmiş 400-ə yaxın diaspor nümayəndələrinin keçirdiyi V qurultayı misal çəkmək olar. Ekspertlərin Şuşada görüşü də, bu istiqamətdə mühim işlərin görüldüyünü sübut edir: “Keçmiş illərlə müqayisədə çox əhəmiyyətli işlər görülür. İstənilən humanitar məsələlərdə Azərbaycanın iştirakı, Azərbaycan diasporunun iştirakı müşahidə edilir. İstər pandemiya dövründə, istər digər məsələlərin həllində Azərbaycanın iştirakı gözəçarpandır.

Bu gün Azərbaycan-Gürcüstan parlament işçi qrupunun rəhbəri kimi qeyd edə bilərəm ki, Gürcüstanda yaşayan soydaşlarımızla bağlı ciddi işlər aparılır. Gürcüstan ərazisində fəaliyyət göstərən bir sıra böyük şirkətlər Gürcüstanda Azərbaycanın nüfuzunun qaldırılması sahəsində mühim işlər görür”.

Arzu Nağıyev əlavə edib ki, hər bir şəxs öz yerində bu prosesi həyata keçirməlidir.

KİV-də bu sahədə öz dəstəyini əsirgəməməlidir ki, təbliğat mexanizmi daim işləsin: “Təbliğatımız daim aparılsın. Bizə istinad yazılar verilsin. Eyni zamanda bizim istər mədəni irsimizin, istər siyasətimizin, istər iqtisadi nailiyyətlərimizin təbliği bütün dünyaya göstərilməlidir. Bu məsələlərdə diasporun rolu danılmazdır. 44 günlük müharibədə də biz hiss etdik ki, Azərbaycan dövlətinin dəstəklənməsi və Azərbaycançılığın dəstəklənməsi istiqamətində hansı addımlar atılır.

Digər tərəfdən, Türkiyə ilə olan münasibətlərə toxunmaq istərdim. Dünyada Türk diasporu çox sayıda təşkil edilir. Məhz onlarla birlikdə Azərbaycançılıq ideyasında, Azərbaycan Türkünün də dünyaya tanıdılmasında çox ciddi addımlar atılmalıdır”.

Arzu Nağıyev hesab edir ki, Azərbaycançılığın təbliğ edilməsi üçün kitablar yazılmalı, filmlər çəkilməlidir: “Bu istiqamətdə Heydər Əliyev Fondunun rəhbərliyi, I vitse prezident Mehriban Əliyevanın tapşırığı ilə görülən işlər və cənab prezidentin beynəlxalq səviyyədə olan görüşlərdə diaspora təşkilatlarına olan tapşırıqları da çox böyük məna kəsb edir”.

İlahin, Bizimyol.info

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi

Məqalə Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.9. azərbaycançılıq ideyasının təbliği.

Son xəbərlər
Bütün xəbərlər »