Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Rusiya genişmiqyaslı hücuma hazırlaşır" - Sergey Qayday
"Rusiya genişmiqyaslı hücuma hazırlaşır" - Sergey Qayday

"Luqansk vilayətində Müdafiə Qüvvələri yaxın 3-4 gün ərzində Rusiya işğalçılarının daha güclü hücumlarına hazırlaşır".

Bizimyol.info xəbər verir ki, bu barədə Luqansk Dövlət Administrasiyasının sədri Sergey Qayday məlumat telemarafonunun efirində bildirib.

"Yaxın üç-dörd gündə düşmənin daha güclü hücumlarını qarşılamağa hazırlaşırıq. Onlar Severodonetsk və ya Popasnaya istiqamətində cəbhəni yarmaq üçün bütün güclərindən istifadə edəcəklər. Bu işğalçılar üçün çox vacibdir, amma biz də onları "layiqincə qarşılamağa" hazırıq", - deyə o qeyd edib. Qaydai Müdafiə Qüvvələrinin düşmənin hücumlarını dəf edəcəyinə əminliyini ifadə edib.

Qaydai onu da bildirib ki, Popasnada vəziyyət uzun müddətdir ki, "çox çətin" olub. Şəhər demək olar ki, tamamilə dağıdılıb: “Çünki o, gecə-gündüz bombalanır, bütün növ silahlardan atəşə tutulur, bəzən hətta batalyonlar da hərbçilərimizin mövqelərinə hücum edir”, - deyə o əlavə edib.

Eyni zamanda, o bildirib ki, Sevrodenetsk yaxınlığındakı Voevodovka kəndində şiddətli döyüşlər davam edir və bir neçə dəfə qəsəbə artıq işğalçıların əlinə keçib, lakin sonradan qoşunlarımız onu geri almağı bacarıb: “Döyüşlər Lisiçansk yaxınlığındakı Beloqorivka kəndində də davam edir, burada düşmən Luqansk vilayətinin nəzarətindəki ərazisində olan bütün hərbçiləri mühasirəyə almaq üçün mövqeləri ələ keçirməyə çalışır”.

Qeyd edək ki, Luqansk bölgəsi daim atəş altındadır. İşğalçılar tərəfindən yaşıl dəhlizlər verilmədiyindən, mülki əhalinin təxliyəsi ilə bağlı müqavilələr daim pozulduğundan insanların təxliyyəsi çətindir.

24 fevral 2022-ci ildə Rusiya Federasiyası müstəqil Ukraynanın işğal eilməsi barədə qərar qəbul edib. Bundan sonra Ukrayna şəhərlərinin atəşə tutulması və bombalanması başladı və mülki əhaliyə qarşı kütləvi qırşın tədbirləri həyata keçirildi. 2022-ci il fevralın 27-də Belarusun Ukraynaya müharibə elan edə biləcəyi ilə bağlı məlumatlar ortaya çıxdı, lakin sonra bu baş vermədi.

Qadir, Biimyol.info

Son xəbərlər
Bütün xəbərlər »