Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Daha bir ölkə Rusiya qazının pulunu rublla ödəməkdən imtina etdi
Daha bir ölkə Rusiya qazının pulunu rublla ödəməkdən imtina etdi

Avstriya Rusiyanın tədarük etdiyi qazın pulunu rublla ödəməyi planlaşdırmır.

Bizimyol.info xəbər verir ki, bunu cümə axşamı Avstriyanın Avropa və Xarici İşlər naziri Aleksandr Şallenberq "Əl-Cəzirə" telekanalına açıqlamasında deyib.

“Bizim mövqeyimiz aydındır. Biz Rusiya tərəfi ilə mövcud razılaşmalara sadiqik və rublla ödəniş etməyəcəyik, bizim belə bir niyyətimiz yoxdur”, - Şallenberq bildirib.

O, həmçinin bildirib ki, Rusiya prezidenti Vladimir Putin öz qərarları ilə “əks nəticələrə” nail olub: "Bu qərar NATO ölkələrini daha ​​da birləşib", - deyə qeyd edib.

Energetika və Maliyyə İnstitutunun energetika üzrə baş direktorunun müavini Aleksey Beloqoriyev mətbuata verdiyi açıqlamada: "Avropa aprel ayı ilə müqayisədə may ayında Rusiya qazının idxalını kəskin şəkildə artırıb. Buna bir neçə amil kömək edib, bunlar arasında əsas olanlar daha sərfəli qiymət və istehlakçıların yeni əlaqəni kəsmə riskini göstərmək olar", - deyə qeyd edib.

"Məsələn, ENTSO-G-nin məlumatına görə, aprelin 30-dan mayın 4-dək Finlandiyaya çatdırılmalar 4,8 dəfə artıb. Aprelin son günlərində sıfıra enən Yamal-Avropa qaz kəməri ilə tədarüklər mayın əvvəlində aprelin əvvəlindəki səviyyəyə qayıdıb”, - ekspert bildirib.

Xatırladaq ki, martın 31-də Vladimir Putin qeyri-dost ölkələrdən gələn alıcılar tərəfindən Rusiya qazının tədarükünün ödənilməsinin yeni qaydasını müəyyən edən fərman imzalayıb. Sənədə əsasən, “dost olmayan” alıcılar xarici valyutada vəsaitləri “Qazprombank”a köçürməyə başlayacaqlar, o da öz növbəsində birjalarda rubl alıb idxalçıların xüsusi rubl hesablarına köçürəcək. Məhz onlardan çatdırılma ödənişi ediləcək.

Qadir, Bizimyol.info

P.S: Avropada Rusiya enerjidaşıyıcılarının alıcısı azaldıqca Kremlin təbliğat vasitələri yuvarlaq rəqəmlər səsləndirərək xalqı "hər şeyin daha yaxşı olduğuna" inandırmağa çalışırlar.  Amma "cidanı çuvalda gizlətmək olmaz", müharibə fonunda ölkənin azalan gəlirləri hiss olunmayacaq iqtisadi amil deyil.

Son xəbərlər
Bütün xəbərlər »